• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq beynəlxalq əməkdaşlığa xüsusi önəm verir

Prokurorluq beynəlxalq əməkdaşlığa xüsusi önəm verir
17.03.2016 21:01
Martın 15-16-da Finlandiyanın paytaxtı Helsinkidə Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin 41-ci iclası keçirilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müdrik dövlət siyasətinin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən IAP-la səmərəli qarşılıqlı əməkdaşlığı bu gün də uğurla davam etdirir.

Assosiasiyanın İcraiyyə Komitəsinin iclasının 2002-ci ildə Bakı şəhərində keçirilməsi təşkilatla ölkəmiz arasında qarşılıqlı əməkdaşlığı yeni müstəviyə qaldırılıb.
 
Beynəlxalq Prokurorlar Assosiasiyası yarandığı gündən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluq qeyd olunan qurumla sıx işgüzar əlaqələr yaratmış və həyata keçirilmiş səmərəli qarşılıqlı əməkdaşlığın nəticəsi kimi Azərbaycan Respublikası uzun müddət ərzində Assosiasiyanın ali idarəetmə orqanı olan İcraiyyə Komitəsində təmsil olunmaqdadır.

Ötən müddət ərzində Assosiasiyanın rəhbər nümayəndələri mütəmadi olaraq Azərbaycanda rəsmi və işgüzar səfərlərdə olmaqla Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində institusional və cinayət təqibi tədbirləri, o cümlədən "Asan xidmət” mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmuş və əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirməklə  qurumun internet səhifəsinin rus versiyası ilə yanaşı Assosiasiyanın antikorrupsiya şəbəkəsinin təsis edilməsi haqqında razılıq əldə edilib.

Qeyd olunan şəbəkənin saytının idarə olunmasının Azərbaycan Respublikasının prokurorluq orqanlarına həvalə olunması və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən uğurla aparılması qurumla Azərbaycan Respublikası arasında yaradılmış səmərəli qarşılıqlı əməkdaşlığın bariz nümunəsidir.

Assosiasiyanın İcraiyyə Komitəsinin iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra mühüm əhəmiyyət kəsb edən təşkilati məsələlər, o cümlədən Assosiasiyanın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, quruma yeni təşkilati üzvlərin qəbulu məsələləri müzakirə edilmiş, habelə qurumun ali orqanlarına, o cümlədən Assosiasiyanın idarəetmə orqanı olan İcraiyyə Komitəsinə seçkilər keçirilib.

Əlamətdar haldır ki, dünyanın aparıcı dövlətlərinin prokurorluq orqanlarının rəhbər şəxslərinin təmsil olunduğu İcraiyyə Komitəsinin 41-ci yaz iclasında ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töhfələr, fəal iştirakçılıq və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Respublikasının nümayəndəsi K.Əliyevin növbəti müddətə üzv seçilməsi məsələsi ilə əlaqədar ilkin qərar qəbul edilib.

Bundan başqa, iclasda Assosiasiyanın 21-ci İllik Konfrans və Ümumi Yığıncağının cari ilin sentyabrın 11-15-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığını uğurla davam etdirəcəkdir.
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol