• $
  • €
  • ₽
  • ₺
  • £

Şəki və Qəbələyə rekord sayda turist gəlib – VİDEO

Şəki və Qəbələyə rekord sayda turist gəlib – VİDEO
29.03.2016 13:04
"Qiymətləri yenidən gözdən keçirmək labüddür”.

Bu il Novruz bayramı ilə əlaqədar tətil günlərində bölgələrə gələn turistlərin sayı rekord həddə çatıb.

Oxu.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, tətil müddətində şimal-qərb bölgəsinə gələnlərin sayında əvvəlki illərlə müqayisədə artım qeydə alınıb.

Bunların da böyük əksəriyyəti yerli turistlər olub. Yerli turist sayının çoxluğunda manatın devalvasiyası əsas rol oynayıb. Dolların kursunun yuxarı olması xarici turistlərin də ölkəyə gəlişinə müsbət təsir edib.

Elə bayram günlərində bölgədə Rusiya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və İran kimi ölkələrin vətəndaşlarına rast gəlmək olardı.

Ümumilikdə isə, şimal-qərb bölgəsində ən çox turist Qəbələ rayonunda olub. Təqribən 16 min qonaq şəhəri ziyarət edib.

Turist axınına görə ikinci yeri Şəki tutur. 10-mindən çox turistin ziyarət etdiyi qədim diyarda qonaqlar üçün yaradılan şərait onların zövqünü oxşayıb.

Qeyri rəsmi məlumata görə, bayram günlərində şimal-qərb bölgəsi təqribən 35 min turisti qonaq edib.

Ölkənin tanınması baxımından xarici turistlərin gəlməsi daha məqsədə uyğundur. Nəzərə alsaq ki, qarşıdan turizm mövsümü gəlir, bu baxımdan qiymətləri yenidən gözdən keçirmək labüddür.

Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir.

Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur.

Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri daim özünə cəlb edir.

Onlar milli yeməklərdən olan "Şəki pitisi”nə, "Şəki paxlavası”na, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər. Qoruğun ərazisində olan sənətkarlıq emalatxanaları da daim turistlərin xidmətindədir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol