• $
  • €
  • ₽
  • ₺
  • £

Cocuq Mərcanlı kəndində yaşayan ailə – VİDEO

Cocuq Mərcanlı kəndində yaşayan ailə – VİDEO
09.04.2016 11:00
23 ildən sonra erməni işğalından azad olunan "Lalə ilahi təpə”nin ətəyində yerləşən Cocuq Mərcanlı kəndindəyik. Əslində Füzuli səfərimizin ilk günündə bu kəndə gəlmişdik. Ətrafdakı dağılmış evlər, yarımçıq qalmış tikililər, insana ilk baxışdan tərk edilmiş yeri xatırladırdı.

Oxu.Az xəbər verir ki, bu barədə ANS-in hazırladığı süjetdə deyilir. 

Və bütün bunların fonunda abad, hər bir şəraiti olan bir ev diqqətimizi cəlb elədi. Sorub-soruşdurandan sonra məlum oldu ki, bu evin sakini bütün təhlükəyə, erməni silahlılarının yağdırdığı güllə yağışına rəğmən öz yurd-yuvasını tərk etməyib.

Ailəsi ilə birlikdə, təmas xəttinə ən yaxın yerdə ev tikərək artıq 23 ildir ki, burada yaşayır.

"İmişli rayonunun Xəlifəli kəndində bir nəfər mənə dedi ki, siz qaçqınsız, torpağınızı qoyub gəlmisiz. O söz mənə ölümdən pis olub, inanın səmimiyyətimə. Bir Allahım şahiddir ki, o gündən bu günə burada yaşayıram. Heç çıxmaq fikrim də yoxdur. Ölsəm də, bu torpaqda öləcəm mən…”, - Cocuq Mərcanlı sakini Oqtay Həziyev dedi.

Erməni silahlı birləşmələrinin atdığı mərmilərin qəlpələri evin hasarını dəlik-deşik edib. Buna baxmayaraq, öz şəxsi təsərrüfatını yaradan Oqtay, həyətyanı sahəsində quşçuluq, heyvandarlıq və əkinçiliklə məşğul olur.

Hətta arı pətəkləri belə gözümüzdən yayınmadı. Güllə səsinə öyrəşdiklərini deyən ev sahibləri, "Lalə ilahi təpə” yüksəkliyinin alınması ilə artıq həyati təhlükələrinin olmamasına da çox sevinirlər.

"Bəzi analar balalarına layla çaldığı kimi sanki güllə səsi də bizə layla çalırdı. Atışma təhlükəli hal alanda isə evdə yaşlı anamı, yoldaşımı baxın o qamışlıqda gizlədirdim. Elə günlər olub ki, inandırım sizi paltarla yatırdım. Amma indi çox rahat yatıram. Dünən yatdığım kimi son 20 ildə hələ yatmamışam”, - O.Həziyev bildirdi.

Yaxın kəndlərdə yaşayan dostları Oqtayı və onun ailəsini yalnız buraxmır. Elə çəkiliş qrupumuz da orada olarkən, qonaqlı-qaralı gördük bu evi.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol