• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da festival keçirildi - FOTOLAR

ADU-da festival keçirildi - FOTOLAR
13.04.2016 23:18
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan bədii yaradıcılıq festivalı keçirildi.
 
Festival ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini vətənpərvərlik, incəsənətimizə, mədəniyyətimizə və milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyələndirmək, həmçinin incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət heyətinin birgə qərarına əsasən baş tutdu.
Festivalda münsiflər heyətinin üzvləri İncəsənət gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri, xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar İncəsənət xadimi Hafiz Quliyev  idi.
 
 
Tədbir yaxın günlərdə işğalçı düşmənlərimizin hücumu nəticəsində həlak olanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra vətənpərvərlik mövzusunda videoçarx nümayiş olundu. "Dalğa” rəqs ansamblı "Nəlbəki”, "Çobanlar”, "Xəyal”, "Qaval”  rəqslərini ifa etdilər, müxtəlif fakültələrin tələbələri- Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin tələbəsi Nəzifə Quluzadə "Çırpınırdı Qara dəniz”, eyniadlı fakültənin tələbəsi Fatimə Şirəliyeva, Pedaqoji (ingilis dili-alman dili)  fakültənin tələbəsi Nigar Qasımova, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Əvəz Muradov, Tərcümə fakültəsinin tələbəsi Salman Quliyev mahnılar oxudular.
 
 
Həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Qurban Qurbanov "Elegiya” və Pedaqoji (ingilis dili-fransız dili)  fakültənin tələbəsi  Röya Məmmədova "Ay anam” şeirlərini səsləndirdilər. Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Tural Rzazadə skripkada "Vətənimsən” mahnısını ifa etdi.
 
 
Daha sonra Pedaqoji (ingilis dili-fransız dili)  fakültənin tələbəsi  Coşqun  Dadaşov, Pedaqoji (ingilis dili-alman dili)  fakültənin tələbəsi  Aysel Hacıyeva və Tərcümə fakültəsinin tələbəsi Vəfadar Namiqzadə popuri ifa etdilər.
 
 
Sonda ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqlara, eyni zamanda tələbələrə dərin təşəkkürünü bildirdi və onlara uğurlar arzuladı.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol