• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək - FOTOLAR

Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək - FOTOLAR
16.04.2016 12:00
Bakının söküntü aparılan ərazilərində bu binalar tikiləcək

Ərazidə tikiləcək binaların fotoları yayılıb.

Bakıda yeni binalar tikiləcək. Bu barədə ANS PRESS-ə Səbail Rayon İcra Hakimiyyətinin (RİN) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

"Sakinlər ya kompensasiya alacaq, ya da yeni binada ev"

Onun sözlərinə görə, Səbail Rayonunun Bünyad Sərdərov və Abdulla Şaiq küçələrinin kəsişməsində 3 yeni bina tikiləcək. 

Adıçəkilən  ünvanda tikiləcək binalar xarici görünüşlərinə görə də fərqli olacaqlar. 

"Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr var. Bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir".

Bünyad Sərdərov və Abdulla Şaiq küçələrinin kəsişməsində tikiləcək 3 bina

Qurum rəsmisi onu da əlavə etdi ki, daha 4 bina Bayıl qəsəbəsi, Qurban Abbasov (indi Neftçi Qurban) küçəsində tikiləcək. İsrafil Kərimovun sözlərinə görə, artıq həmin ərazidə söküntü işlərinə başlanılıb.
 
 

"Ərazidəki bəzi insanlar artıq köçür. Bəziləri ilə də danışıqlar gedir. Ya onlar kirayə qalacaq və yeni bina tikildikdən sonra həmin binada mənzillə təmin ediləcəklər, ya da evlərinin müqabilində kompensasiya alacaqlar. Bu məsələ ilə binaların tikintisi ilə məşğul olacaq sahibkarlar məşğul olurlar".
 
 

Bayıl qəsəbəsi Qurban Abbasov (indi Neftçi Qurban) küçəsində tıkiləcək binaBayıl qəsəbəsi Qurban Abbasov (indi Neftçi Qurban) küçəsində tıkiləcək bina
 


Qeyd edilən ərazi "Sovetski" kimi tanınan yerin yaxınlığındadır. Burada isə söküntü işləri bir neçə il öncə başlayıb. "Sovetski" kimi tanınan qəsəbəsinin sökülməsi ilə bağlı qərarı hökumət 3 mart 2014-cü il tarixində açıqlamışdı. Söküntü işlərinə ilk olaraq Yasamal rayonu ərazisindən başlanılıb. Evləri sökülən sakinlərə  hər kavdrat metrin müqabilində 1500 manat pul ödənilib. 
 
 

Görülən işlərin ilk nəticəsi olaraq köçürülmüş ərazidə Nəriman Nərimanov heykəlindən Hüseyn Cavid parkına qədər yeni 4 zolaqlı avtomobil yolu və istirahət parkı keçən ilin oktyabr ayından əhalinin istifadəsindədir. 
 
 

Ötən ilin iyul ayında kiçik ölçülü yaşayış yerinə sahib "Sovetski” sakinləri mənzillə təmin olunublar. Binalardan biri 104, digəri isə 96 mənzildən ibarətdir. Hər bir mənzil 2 otaqdan ibarətdir. 
 
 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol