• $
  • €
  • ₽
  • ₺
  • £

Bakida ingilis dilində YENİ MƏKTƏB

Bakida ingilis dilində YENİ MƏKTƏB
25.04.2016 17:19

Tədris prosesi tam ingiliscə olan "SABİS Sun İnternational School” bu il  şagirdlərin sayını 70-dən 1500-ə kimi artırmaq niyyətindədir. Bunu ANN.Az-a məktəbin direktoru Jacobus Gericke bildirib. 


"Məktəbdə hələlik 70-dən çox uşağın qeydiyyatdan keçəməsinə baxmayaraq, ümumi tədris mərkəzi üçün 1500 nəfər nəzərdə tutulub və bu il biz bu qədər şagirdi məktəbə cəlb etmək niyyətindəyik",  – deyə məktəbin direktoru Jacobus Gericke söyləyib.  

 

Onun sözlərinə görə, bu məqsədlə  məktəb "açıq qapı" təşkil edib. "Açıq qapı” təşkil etməkdə məqsəd valideynləri məktəblə tanış etmək, gələn qonaqları məktəb barədə məlumatlandırmaqdır. Keçən ilin sentyabrından məktəb fəaliyyətə başlayıb. Hazırda yeni tədris ili üçün qeydiyat keçirilir və bu proses bu ilin sentyabra kimi davam edəcək.  Tədris mərkəzininin ərazisi 70.000 kvadrat metrdir. Məktədə təhsil ingilis dilində olsa da Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı da uşaqlara tədris edilir”.  

 

Gericke bildirib ki, uşaqları bağçada qeydiyyatdan keçirdikdən sonra, onlara daha çox riyaziyyat və ingilis dili öyrədilməyə başlanılır: "Məktəbdə tədris beynəlxalq təhsil standartları proqramına uyğun aparılır. Musiqi təhsilinə də xüsusi önəm verilir. Aşağı siniflərdə musiqi nəzəriyyəsi,  yuxarı siniflərdə isə artıq piano, gitara dərsləri keçirilir”.

 

Məktəbdə təhsil ödənişlidir.

 

Məktəb Zıx Şossesinin 22-ci kilometrində yerləşir. Telefon:  (+994) 12 404 74 41,  (+994) 12 404 74 42 , (+994) 12 404 74 44

 

Mobile: (+994) 51 990 65 65, (+994) 77 522 31 31

 
Orxan Aslanlı

 














































































































































































































































































 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol