• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: UFAZ-da təhsilin səviyyəsi Fransa standartlarına cavab verəcək

Səfir: UFAZ-da təhsilin səviyyəsi Fransa standartlarına cavab verəcək
26.05.2016 15:03
Azərbaycan Dövlət Neft və Sənaye universitetində Bakı şəhəri üzrə 1-ci qrup imtahanlarına hazırlaşan 11-ci sinif şagirdləri üçün 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayacaq Azərbaycan Fransız Universitetinin təqdimatı keçirilib.

ANN.Az xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Aurelia Bushezin məlumatına görə, yeni yaradılacaq universitetdə 4 ixtisas tədris olunacaq.

Həmin ixtisaslar bunlardır:

1.Kimya mühəndisliyi
2.Komputer elmləri
3.Geofizika mühəndisliyi
4.Neft Mexanika

Tədris fransız və azərbaycan müəllimləri tərəfindən ingilis dilində aparılacaq. Fransız dili tədris proqramına daxil ediləcək. 2016-2017-ci tədris ilində universitetə 120 tələbənin qəbulu nəzərdə tutulub. İlk təhsil ilində universitetə qəbul olunmuş tələbələr, 4 il müddətinə dövlət hesabına təhsil alacaqlar.
 
Dövlət qəbul imtahanında (TQDK) 1-ci ixtisas qrupu üzrə ən azı 500 bal toplayan abituriyentlər Fransız Azərbaycan Universitetinə müraciət edə biləcəklər. TQDK imtahanından yüksək nəticə göstərən namizədlər, bundan sonra 2-ci mərhələdə Fransız Azərbaycan Universitetinin komissiyası tərəfindən ingilis dilində tərtib olunan test imtahanı verəcəklər.
 
Səfir Aurelia Bushezin sözlərinə görə, AFU-da dərs deyəcək fransız müəllimlər 3 ixtisas üzrə Strasburq və 1 ixtisas üzrə Renn universitetindən Azərbaycana göndəriləcək: "Azərbaycanlı müəllim heyəti isə Azərbaycan Neft və Sənaye  Universiteti tərəfindən təmin ediləcək. Bu birgə layihə və iki universitet arasında əməkdaşlıq layihəsi olduğu üçün müəllim seçimi hər iki tərəfdən aparılacaq".
 
"Fransız Azərbaycan Universitetindəki təhsil, Fransa standartlarına tam cavab verəcək. Bu universitetin yaradılması Azərbaycan iqtisadiyyatının şaxələnməsinə öz töhfəsini verəcək. Çünki burada tədris olunacaq ixtisaslar, Azərbaycanın prioritet saydığı sahələr olacaq. Universitetin məzunları gələcəkdə həm Azərbaycanda, həm də xarici ölkələrdə fəaliyyət göstərən fransız və ingilis şirkətlərində işləmək imkanı əldə edəcəklər. Ali təhsil müəssisənin diplomları hər iki ölkədə (Fransa, Azərbaycan) tanınacaq" - deyə səfir Aurelia Bushez əlavə edib.    
 
Vüsal Əzizov
 
Fotolar müəllifindir














































































































































































































































































 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol