• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da “Məzun günü” keçirildi - FOTOLAR

ADU-da “Məzun günü” keçirildi - FOTOLAR
04.07.2016 22:18
İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) 2015-2016-cı tədris ilində universitetin bakalavr və magistr pilləsində təhsillərini bitirən tələbələrin "Məzun günü” keçirildi. 

Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, universitetin professor-müəllim heyəti və tələbələr, onların valideynləri iştirak edirdi. 

Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğuladı, universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat verdi. O, məzunlara ADU-nun tələbəsi olduqları üçün fəxr etməli olduqlarını söylədi. ADU-nun ölkənin ən prioritet universitetlərindən biri olduğunu deyən D.Yunusov məzunların sorağının respublikanın aparıcı müəssisələrindən, həmçinin xarici ölkələrdən gəldiyini qeyd etdi. Universitetin ildən-ilə yeniliklərə imza atdığını, inkişaf etdiyini deyən professor bu yaxınlarda ADU-nun tərkibində Konfutsi İnstitutunun yaradıldığını sözlərinə əlavə etdi.
 
Dünyamin Yunusov məzunları təbrik etdi, onlara təhsillərini davam etdirməyi tövsiyyə edərək gələcək həyatlarında uğurlar arzuladı. 

Daha sonra övladları məzun olan Firrədin Mehdiyev, həmçinin universiteti fərqlənmə diplomu ilə bitirən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin fəxri məzunu Coşqun Dadaşov çıxış edərək tələbələrin şəxsiyyət kimi formalaşmasında böyük rolu olan ADU rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürlərini bildirdilər. 

Sonra ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov fərqlənmə diplomlarını məzunlara təqdim etdi.

Tədbir konsert proqramı ilə davam etdi.

Qeyd edək ki, 2015-2016-cı il tədris ilində Azərbaycan Dillər Universitetindən ümumilikdə, təhsilin bakalavr pilləsi üzrə əyani bölmədə 1439 nəfər, qiyabi bölmədə 66 nəfər, həmçinin magistratura pilləsi üzrə 141 nəfər tələbə məzun oldu. ADU-nu təhsilin bakalavr pilləsi üzrə 86 nəfər tələbə təhsillərini fərqlənmə diplomu ilə başa vurdu.
 








www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol