• $
  • €
  • ₽
  • ₺
  • £

Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda - FOTOLAR

Xarkov Milli Daxili İşlər Universitetinin rektoru Bakıda - FOTOLAR
11.07.2016 18:36
Bugün Beynəlxalq Mətbuat Mərkəzində Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviçin mətbuat nümayəndələri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə SOFİ Group LTD (www.Sofi-Group.com) -Xaricdə Təhsil Şirkətinin rəhbəri Sultanım Seyidəliyeva açaraq qonaqların Bakı səfəri barədə geniş məlumat verdi. Xaricdə təhsilin prioritet istiqamətlərindən danışan S.Seyidəliyeva bu istiqamətdə ikitərəfli səfərlərin vacibliyini vurğuladı.

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Azərbaycan-Ukrayna əlaqələrindən danışdı. Ukraynanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən S.Abbasov bu əlaqələrin təhsil sahəsinə inteqrasiyasının vacibliyini qeyd etdi.

Daha sonra Xarkov Milli Daxili İşlər Universitetinin rektoru, polis polkovniki, hüquq elmləri doktoru Sokurenko Valeriy Vasilyeviç çıxış edərək rəhbərlik etdiyi universitetin prioritet istiqamətlərindən danışdı. Universitetin müəllim-kadr personalının kifayət qədər peşəkarlardan ibarət olduğunu deyən V.Vasilyeviç Azərbaycanla təhsil sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini dedi:

"Xarkov Milli Daxili İşlər Universiteti Ukraynada öz çəkisi, təhsil sahəsində ciddi yükü olan elm ocağıdır. Bizim universitetdə xarici ölkələrdən gələn tələbələr üçün olduca əlverişli şərait yaradılıb. Biz, eyni zamanda, hüquq, psixologiya, maliyyə, bank işi, sığorta, kibercinayətkarlıqla mübarizə və digər mühüm istiqamətlər üzrə kadr hazırlıqlarını həyata keçiririk."

Xarkov Milli Daxili İşlər Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, dosent Sinequbov Oleq Vasilyeviç çıxış edərək təmsil etdiyi fakultənin fəaliyyətindən danışdı. Ukrayna hüquq təhsilində bu fakultənin xüsusi rol oynadığını deyən O.Vasilyeviç xarici tələbələr üçün özəl proqramların nəzərədə tutulduğunu dedi:

"Bizim Universitetin özəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, biz yüksək təhsillə bərabər qiymətləri kifayət qədər aşağı həddə müəyyənləşdirmişik. Belə ki, əyani təhsil üçün illik ödəniş 1400 ABŞ dolları, qiyabi təhsil üçün isə 800 ABŞ dolları təşkil edir”.

"EFLA” – Xaricdə Təhsil Mərkəzinin rəhbəri Emin Şahbazov çıxışında xaricdə təhsil sahəsində bəzi neqativ hallardan danışdı. E.Şahbazor bu sahədə bəzi problemlərdən qaçmaq üçün peşəkar şirkətlərə müraciətin vacibliyini qeyd etdi.
 
















www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol