• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni”nin əməkdaşları Fransada ezamiyyətdə olublar - FOTOLAR

“Bakı Metropoliteni”nin əməkdaşları Fransada ezamiyyətdə olublar - FOTOLAR
12.07.2016 15:37
"Bakı Metropoliteni” QSC-nin əməkdaşları Fransada ezamiyyətdə olublar.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANN.Az-a verdiyi məlumata görə, səfərin məqsədi istifadəyə verilən Bənövşəyi xətdə tətbiq olunan yeni nəsil sistem və avadanlıqların, müasir texnologiyaların təchizatı ilə bağlı "Thales” şirkətinin rəhbərliyinin təklifləri və buna qədərki dövrdə yaranmış sualların müzakirəsi olub: "2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes-forumunun gedişində imzalanmış müqaviləyə əsasən, "Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir".

Onun sözlərinə görə, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti var. Metropolitenin nümayəndə heyəti ilk olaraq Fransada "Thales” şirkətində, daha sonra şirkətin Almaniyanın Arnştadt şəhərində yerləşən zavodunda görüşlər keçirib:

"Görüşlər əsnasında hərəkətin təşkilində əsas rol oynayan dispetçer mərkəzi barədə fikir mübadiləsi, yeni Bənövşəyi xəttin "Xocəsən” elektrik deposu, şərti adı "B-3” və "B-4” olan stansiyalarda quraşdırılacaq sistemlərin layihəsi, yeni xətdə qatarların tam dövrəsi və avtomatik idarə olunması, istismarda olan xətlərdə yeni radiorabitə sisteminin quraşdırılması, hazırda yeganə depomuz "Nəriman Nərimanov” elektrik deposunda işarəvermə və rabitə sistemlərinin yenilənməsi, yeni nəsil işıqforların, yolayırıcı qurğuların quraşdırılması, bununla da deponun müasir tələblər səviyyəsinə çatdırılması və digər bu kimi maraqlı məsələlər ətrafında geniş müzakirələr aparılıb. Mövcud xətlərlə bağlı layihələr də var. Belə ki, mövcud stansiya tunellərində istismarda olan işarəvermə və rabitə avadanlıqlarının müasirləri ilə əvəzlənməsi, yəni yeni sistemlərin tətbiqi ilə mövcud sistemlərin bununla uzlaşdırılması gündəliyin mövzusu olub".

Qeyd edək ki, belə bir təcrübə hələ ki sovet məkanında istismarda olan metropoliten xətlərində tətbiq olunmayıb. Əgər layihə gerçəkləşərsə, Bakı metropoliteni mövcud xətlərini ən müasir texniki standartlar səviyyəsinə çatdıran ilk postsovet ölkəsi olacaq.

Səfər çərçivəsində nümayəndə heyəti şirkətin Almaniyada yerləşən mövcud tələblərə cavab verən zavodu və orada istehsal olunan avadanlıqların istifadə qaydaları ilə yaxından tanış olub.
 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol