• $
  • €
  • ₽
  • ₺
  • £

Yerə 150 min manat basdıran Bakı sakininə sürpriz - VİDEO

Yerə 150 min manat basdıran Bakı sakininə sürpriz - VİDEO
25.08.2016 23:59
Bakıda qeyri-adi oğurluq hadisəsi olub. Mənzilə girən şəxs və ya şəxslər evin zirzəmisində torpaqda basdırılmış 150 min manat pulu oğurlayıblar. Zərərçəkmiş qadın iddia edir ki, pulu qeyri-rəsmi nikahda olduğu kişi oğurlayıb. Abşeronda isə polisi bilərəkdən aldatmaq istəyən şəxs saxlanılıb.

Evin zirzəmisini qazıb, 150 min manat pul oğurlayıblar. Hadisə paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva polisə məlumat verib ki, evdə olmadığı vaxt mənzilinin zirzəmisində torpaqda basdırdığı 150 min manatı oğurlayıblar.

Dərhal hadisə yerinə polis gəlib araşdırmalara başlayıb. Zərərçəkmiş qadın polisə ifadəsində qeyri-rəsmi yaşadığı kişidən şübhələndiyini deyib. Faktla bağlı cinayət işi başlanıb, polis cinayətkarı axtarır.

Abşeronda isə polisə yalan məlumat verən şəxs saxlanılıb. Şamaxı sakini 35 yaşlı Raqib Həşimov ''102''-i qaynar xəttinə məlumat verib ki, sərxoş vəziyyətdə olduğu vaxt naməlum şəxslər çantasından külli miqdarda pul, mobil telefon və sənədlər götürüblər.Araşdırmaya başlayan polis müəyyən edib ki, Rafiq Həşimov polisi bilərəkdən aldadır.

Dindirmə zamanı Raqib Həşimov həmin gün Şamaxıda yeyib içib sərxoş olduqdan sonra Bakıya gəldiyini deyir. Yolüstü Abşeron rayonunda da normadan artıq spirtli içki qəbul etdiyindən küçədə yatıb və bu səbəbdən də törətdiyi əməldən xəbəri olmadığını deyir.

Bu faktla bağlı da Abşeron rayon polis idarəsində müvafiq maddə ilə Raqib Həşimov barəsində cinayət işi başlanıb, istintaq davam edir.
 
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol