• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gəncin inanılmaz gücü - VİDEO

Azərbaycanlı gəncin inanılmaz gücü - VİDEO
04.10.2016 14:52
Əşyaları və insanları toxunmadan hərəkətə gətirə bilir.

ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.
 
Bir şeyə toxunmadan onu necə hərəkətə gətirmək olar? Telekinesis, maddi varlıqlara təmas etmədən onlara təsir etmə bacarığıdır. Bu, iki böyük gücün birliyində özünü göstərir: düşüncə və enerji.
 
Bakı şəhər sakini, 22 yaşlı Toğrul Həsənov da öz enerjisini kəşf edərək, ondan yararlana bilən bir telekinesis fenomenidir. Hər halda özü belə iddia edir:

"18 yaşımdan meditasiya ilə məşğulam.Telekinesislə internetdə tanış oldum. Daha sonra bunun doğru olub olmadığını yoxlamaq istədim".
 
Müxtəliş əşyalara toxunmadan onları hərəkətə gətirmə bacarığını lentə alaraq sosial şəbəkələrdə paylaşan Toğrul, bununla diqqətləri özünə yönəldə bilib.
 
Bütün bunların necə baş verdiyini öz gözlərimizlə görmək üçün Toğrulu enerji burulğanına dəvət etdik. O, öncə ən sadə mərhələdən başladı. Iynənin ucuna kiçik kağız parçası keçirərək onu əlləri ilə hərəkətə gətirdi. 
 
Buna baxan adamda belə bir fikir yarana bilər: bəlkə, kənardan hansısa formada müdaxilə var. Toğrul bu şübhəyə son qoymaq üçün, qarşısındakı kiçik obyekti şüşə balonun içinə salır. Bu dəfə də əllər işə düşür. Düşüncə ilə enerjinin vəhdətini yaradan Toğrul, şüşə qəfəs içində də öz istəyinə nail olur.
 
Daha sonra enerji nümayişi plastik stəkanla davam edir. "Pəncərə"nin çəkiliş qrupu canlı şahiddir ki, kənardan heç bir fiziki təsir yoxdur, əvəzində hərəkətə gələn əşya var.
 
Toğrulu daha çətin sınaqla üz-üzə qoyuruq. Bu dəfə ona insanı hərəkətə gətirmək təklif olunur. Qara paltarlı gənc etiraz etmir. Sınaq üçün məhz öz əməkdaşımızı seçirik ki, həm özümüzdə, həm də tamaşaçıda hər hansısa bir şübhə yeri qalmasın. Bizə bu işin nə qədər doğru olub olmadığı hər şeydən daha önəmlidir. 
 
Toğrul yenə ənənəvi manevrlə hərəkətə keçir. Bu dəfə hədəf canlı insandır. İnsanı yerindən tərpətmək bir o qədər də ağlabatan görünmür. Amma, gözləntilərimizin əksi baş verir. Gənc operator köməkçisi özü də bilmədən və istəmədən gah irəliyə, gah da geriyə doğru hərəkətə gəlir. Bütün bunlar gözümüzün qarşısında baş verir və bizi heyrətə gətirir. 
 
Bu fenomenal güc nədən doğur? Toğrul iddia edir ki, hər kəs özündə bu gücü kəşf edib inkişaf etdirə bilər. 
 
Beləliklə, bu sehirli adam öz qaranlıq dünyasında və geyimində onu əbəs yerə işıqlandırmadığımızı sübut etdi. Sözün hər mənasında əllərindən gələni edən Toğrul onu da əlavə etdi ki, bu sahədə son hədd yoxdur. Öz üzərində işləyərək, daha da fenomenal güc nümayişinə nail olmaq olar. Yetər ki, istəyin olsun. 
 
Qeyd edək ki, "Pəncərə" verilişi hər şənbə və bazar günləri saat 20:00-da ARB TV-də yayımlanır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol