• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Bakının “Qızılgül bağı”nda - FOTOLAR

İlham Əliyev Bakının “Qızılgül bağı”nda - FOTOLAR
06.10.2016 16:26
Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Nəsimi rayonunda yeni salınan "Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış oldular.

Oxu.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlət başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verdi.

Yeni park "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib.

Təmir işləri yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində və qısa vaxtda həyata keçirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib. Bu isə binanın xarici görünüşünün qorunub saxlanılmasına, eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal elementlər və formalarla daha da zənginləşdirilib, bu da parka xüsusi yaraşıq verir.

Yeni salınan parkda Bakı sakinlərinin, şəhərin qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Park yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır.

Parkda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən geniş yaşıllaşdırma işləri də diqqəti cəlb edir. Bu işlər görülərkən ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.

Bu cür yeni müasir istirahət ocağının yaradılması Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması işinə bir töhfədir. Bu cür layihənin həyata keçirilməsi həm də ümumilikdə paytaxtımızın simasının gündən-günə gözəlləşməsini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
 







www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol