• $
  • €
  • ₽
  • ₺
  • £

“Könüllü Məktəb” layihəsi keçirildi - FOTOLAR

“Könüllü Məktəb” layihəsi keçirildi - FOTOLAR
01.09.2016 14:45
"Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi tərəfindən təqdim olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib seçilmiş "Könüllülük məktəbi” adlı layihə çərçivəsində 2016-cı il 09-10 avqust tarixlərdə Qəbələ, 11 avqust tarixdə Mingəçevir, 12 avqust tarixdə Şəki şəhərlərində təlimlər keçirilib.

ANN.Az xəbər verir ki, 9 avqust 2016-cı il tarixdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində "Könüllü Məktəb” adlı layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Qəbələ Regional QHT-lərin Resurs və Təlim mərkəzinin icraçı direktoru Anar Məhərrəmov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb, mərkəzin fəaliyyəti haqqında məlumat verib. Sonra "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin icraçı direktoru Qartal Budaqlı çıxışında tədbirin keçirilməsində göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirdi və layihə haqqında məlumat verib. Daha sonra təlimçi,YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə könüllülük haqqında təqdimatla çıxış etdi. Təlim maraqlı diskussiyalar ətrafında davam etdrilib.

10 avqust 2016-cı il tarixdə isə Qəbələ Atıcılıq mərkəzində layihə çərçivəsində növbəti təlim keçirildi. Tədbirdə Qəbələ rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Qəribov çıxış edərək bu cür tədbirlərin gənclərin könüllülük fəaliyyətinə qoşulmasında çox əhəmiyyətli olduğunu nəzərə çatdırıb. Təlimçi Mahmud Məmmədzadə könüllülük haqqında iştirakçılara məlumat verib. Tədbir çay süfrəsi ətrafında diskussiya və maraqlı intellektual oyunlarla davam etdirilib. Təlimdən sonra iştirakçılar Qəbələ Atıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub, atıcılıq çempionatında iştirak ediblər.
 
11 avqust 2016-cı il tarixdə Mingəçevir Gənclər Evində reallaşdırılan təlimdə Gənclər Evinin nümayəndəsi Humay Baxışova çıxış edərək layihənin vacibliyindən danışdı. Tədbir könüllülük haqqında təlimlə davam etdirilib.
 
12 avqust 2016-cı il tarixdə Məram Gənclik İnkişaf Mərkəzində layihə çərçivəsində sonuncu təlim keçirildi. Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək layihənin gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.  
 
Qeyd edək ki, layihənin icrası müddətində layihə iştirakçıları Serifikatlarla təltif olunublar.
 
Layihənin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclərin daha böyük kütləsinin könüllülük fəaliyyətinə cəlb olunması, yerlərdə gənclərlə işin daha da canlandırılmasıdır.
 
"Könüllü Məktəbi” layihəsinin  iştirakçıları əksəriyyəti gənc tələbələr idi. Layihənin bitməsinə baxmayaraq, gənclər bizimlə daimi ünsiyyət qururlar.
 
Təşkilat olaraq biz onlara lazımlı mövzularda dəstək oluruq.
 












www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol