• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edildi - FOTOLAR

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edildi - FOTOLAR
19.12.2016 16:52
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
 
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbiri açan rektor, akademik Abel Məhərrəmov yubileyə toplaşan professor-müəllim heyətini, qonaqları salamlayıb, fakültə heyətini əlamətdar gün münasibətilə təbrik edərək Sosial elmlər və psixologiya fakültəsini universitetin həyatındakı rolundan bəhs edib.

Rektorun sözlərinə görə, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb: "Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra digər müəssisələr üçün yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər".

Daha sonra dekan, professor Hikmət Əlizadə fakültənin tarixi və bu günü barədə məlumat verib. Məlum olub ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir - 1 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfər elmlər doktoru, professor, 56 nəfər elmlər namizədi, dosent, 12 nəfər baş müəllim, 17 nəfər müəllimdir.

Tələbə kontingenti barədə məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbə, magistrantın təhsil aldığını qeyd edib, tədrisin təşkili və yüksək ixtisaslı kadr hazırlığı barədə görülən işlər barədə danışıb.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və professor Əjdər Ağayevin təbrik nitqlərindən sonra bir qrup fakültə əməkdaşı fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.

Tədbir bədii hissə ilə yekunlaşıb.
 
Orxan Aslanlı
 









www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol