• $
  • €
  • ₽
  • ₺
  • £

Aldığı maşın 8 il əvvəl İtaliyada oğurlanıbmış... - VIDEO

Aldığı maşın 8 il əvvəl İtaliyada oğurlanıbmış... - VIDEO
08.02.2017 22:40
Rüstəm Əliyev ötən ilin martında Rövşən Kazbekov adlı şəxsdən 10 min manata avtomobil alıb. Pulu ödəyib və avtomobili öz adına keçirmək üçün yol polisinə müraciət edib. Burada da həmin avtomobil Rüstəm Əliyevin adına keçiriblər.

"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, bundan sonra həmin avtomobillə Rusiya Federasiyasına səfərə gedən Rüstəm Əliyevi sərhədi keçdikdən sonra yol polisi saxlayıb və ona avtomobilin oğurluq olduğu deyilib.

Kor-peşman avtomobilsiz Azərbaycana qayıdan Rüstəm Əliyev deyir ki, onu satan Rövşən Kazbekovla əlaqə saxlayaraq avtomobilin oğurluq olduğunu bildirib. Ancaq ona cavab verilib ki, maşın oğurluq ola bilməz, əgər olsaydı yol polisi onu adına sənədləşdirməzdi. Sonra isə Rüstəm Əliyev maşını onun adına keçirən yol polisinə müraciət edib. Oradan isə bildirilib ki, yanlışlıq olub.

Məsələ ilə bağlı adı çəkilən Rövşən Kazbekovla əlaqə saxladıq.

 Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirdi ki, işində nöqsana yol verərək həmin avtomobil haqqında alıcıya yanlış məlumat verən şəxs idarənin texniki işçisi olub. Bu səhvinə görə, o, intizam tənbehinə cəlb olunaraq cəzalandırılıb. Həmin şəxsə dəyən ziyana gəldikdə isə, o, bunu məhkəmə yolu ilə Baş Dövlət Yol Polisi İdarəsindən tələb edə bilər.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol