• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda göydən ŞİFER "YAGDI" - VİDEO

Yasamalda göydən ŞİFER "YAGDI" -  VİDEO
26.02.2017 14:27
Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında heç bir təhlükəsizlik normaları gözlənilmədən iş aparılır. 

ANN.Az bildirir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, hündürmərtəbəli binada mansarda tikilir. Ancaq tikinti işləri təhlükəsizlik qaydalarına riayət edilmədən aparıldığı üçün ətrafda olan insanların həyatı üçün böyük təhlükə yaranır. "Şazi MMC" tərəfindən aparılan tikinti işləri zamanı binanın damından düşən şifer parçaları aşağı düşür. Binanın həyətində maşınların saxlanıldığı və insanların hərəkət etdiyini nəzərə alsaq, insanların ölümlə üz-üzə olduqlarını söhləmək olar. Sakinlərin baku.ws-ə verdikləri məlumata görə, onlar tikinti işlərinin aparılmasından narazıdırlar. Hətta sakinlərdən biri 3 ay bundan əvvəl də həmin ərazidə aparılan tikinti işləri zamanı avtomobilinə ziyan dəydiyini, ancaq buna görə ona təzminat ödənmədiyini bildirib. 
 
Maraqlıdır, görəsən, tikinti aparan şirkət niyə elementar təhlükəsizlik qaydalarına əməl etməyərək insanlarımızın həyatını təhlükəyə atır? Əgər binanın damından düşən şifer və taxta parçaları maşınları əzərək insanlara xəsarət yetirsə, məsuliyyət kimin üzərində olacaq? Yasamal Rayon İcra Hakimiyyəti tikintiyə nəzarət edərək tədbir görsə, işin xeyrinə olar.  
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol