• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə təqdim olunub

Zaqatalada yaşayış evləri Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə təqdim olunub
06.06.2017 13:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, evlərin təqdim olunması tədbirində Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Tədbirdə vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda və respublikamızın regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni inşa olunmuş mənzillərlə təminatı tədbirləri də ildən-ilə uğurla davam etdirilir. Keçən il və cari ilin ötən dövründə nazirlik bu təbəqələrdən olan 320 nəfərə yaxın vətəndaşı müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edib. O cümlədən, qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Zaqatala rayonunda 17 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunub.
 
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələri Azərbaycan prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər.
 
Əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin səmərəli bərpa-müalicə xidmətləri və reabilitasiya vasitələri ilə təminatı da diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, son illərdə ölkədə reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulmasına yönələn mühüm işlər aparılıb və hazırda da davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol