Reanimasiyada olan Xalq artistinin həkimi danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilib.
Xanənədinin səhhəti haqqında Oxu.Az-a məlumat verən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Səadət Hənifəyeva bildirib ki, hazırda xəstənin vəziyyəti stabildir.
"O, xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə çatdırılıb. Qəndab Quliyevanın müalicəsini Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri, invaziv kardioloq Abbasəli Abbasəliyev aparır. Xanəndə hələ ki, reanimasiya şöbəsindədir. Heç bir həyati təhlükəsi yoxdur”, - deyə S.Hənifəyeva bildirib.
A.Abbasəliyev isə Oxu.az-a açıqlamasında bildirib ki, xanəndə, eyni zamanda, xroniki böyrək çatışmazlığından da əziyyət çəkir, lakin vəziyyəti stabil olaraq qalır və qorxulu heç nə yoxdur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















