• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ən çox yayılan xəstəliklər

Azərbaycanda ən çox yayılan xəstəliklər
15.08.2017 19:20
Azərbaycanda hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Müşahidələr göstərir ki, son vaxtlar bəzi xəstəliklər xeyli cavanlaşıb və onlardan ölənlər daha çoxdur.

Maraqlıdır, Azərbaycanda ölüm halları ilə nəticələnən  xəstəliklər hansılardır?

Ürək, hipertoniya, onkoloji xəstəliklər...

anews.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlamasında ölümə səbəb olan xəstəliklər haqqında danışıb.

Deputatın sözlərinə görə, son illər Azərbaycanda bəzi xəstəliklər cavanlaşıb: "Adətən, ən çox ürək xəstəlikləri, hipertoniya, yəni qan təzyiqinin artımı, onkoloji xəstəliklər ölüm hallarına səbəb olan xəstəliklərdir.

Onkoloji xəstəliklərindən ölüm hallarının yarana bilmə ehtimalı çoxdur. Statistik məlumatlara görə  kordioloji xəstəliklər - ürək çatışmazlığı, insult kimi hallar artıq onkoloji xəstəlikləri də üstələyir. Qeyd etdiyim xəstəliklər artıq cavanlaşıb. Belə ki, gənclərdə, orta yaşlı insanlarda həmin xəstəlikləri müşahidə etmək mümkündür. Əvvəllər bu cür xəstəliklər 50 yaşdan yuxarı insanlar üçün xarakterik idisə, indi belə deyil”.

Xəstəliklərin  90 faizindən çoxu irsi xarakter daşıyır

Deputat xəstəliklərin cavanlaşma səbəbindən də söz açıb: "Xəstəliklərin artması, ölüm hallarına səbəb olması, o cümlədən xəstəliklərin cavanlaşmasının müxtəlif səbəbləri var. İlk növbədə xəstəliyin genetikasını vurğulamaq istəyirəm.

Yəni bütün xəstəliklərin, demək olar ki, 90 faizindən çoxu irsi xarakter daşıyır. Əgər nəsildə hər hansı xəstəlik varsa, bu, ilk nümayəndələrdə aşkar olunmasa da, sonrakı nəsillərdə özünü göstərə bilər. O cümlədən ən önəmli səbəblərindən biri ekoloji faktorlardır.  Ekologiyanın çirklənməsi, insanların fiziki əməklə məşğul olmaması əsas səbəblərdən biridir.

Nə üçün əvvəlki insanlar daha uzunömürlü olurdu? Çünki dədə-babalarımız təmiz havada olub və yaxşı qidalanıblar. Digər tərəfdən, fiziki əməklə məşğul olublar. Lakin hazırda cavanlardan tutmuş yaşlılara kimi hər kəs dayaq-hərəkət sistemində olan problemlərdən şikayətlənirlər. Qol ağrısı, qrija, onurğadakı problemlər, ayaqlarda ağrı və.s. kimi hallarla qarşılaşırıq. Bu, az hərəkətliliklə əlaqədardır və təbii ki, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur”.

Mənfi xəbərlər insan beyninə pis təsir edir

K.Əliyeva qeyd edib ki, stress də ölüm hallarına səbəb olan amillərdən biridir: "Bu gün hamı  oturaq həyat tərzi keçirir. Bu da ölüm faizinin artma səbəblərindən biridir. Hazırda mağazalarda bilavasitə insan ömrünü qısaldan ərzaqlar satılır. Süni qidalar insan orqanizmində xəstəliklərin yaranmasına gətirib çıxarır.

Sinir sistemi pozğunluqları da insan ölümünün cavanlaşmasına səbəb olur.

Bilirsiniz ki, bu dəqiqə hər şey stressdir. Məsələn, televiziyada  və ya saytlarda verilən mənfi xarakterli xəbərlər birbaşa insan səhhətinə təsir edir. Siz elə bilirsiniz ki, bunlar insan beyninə, orqanizminə təsir etmir? Biz bunu hiss etməyə bilərik. Amma  bu cür xəbərlər insan beyninə pis təsir edir və sinir hüceyrələrinin məhvinə gətirib çıxarır. Nəticə olaraq insan ömrü qısalır”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol