• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtlı şəhidin doğum günüdür - Ölümündən qabaq son görüntüsü - VİDEO

Sumqayıtlı şəhidin doğum günüdür - Ölümündən qabaq son görüntüsü - VİDEO
15.10.2017 16:01
Bu gün 2016-cı ilin aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun doğum günüdür. Yaşasaydı 24 yaşı olacaqdı.

Əbdülməcid Nadirşah oğlu Axundov 15 oktyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 1999-2010-cu illərdə Sumqayıt şəhər 16 saylı orta məktəbdə, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alaraq elektrik mühəndisi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
 
Azərbaycan Silahlı Qüvvələri sıralarında manqa komandiri vəzifəsində hərbi xidmət keçən Ə.Axundov ötən ilin aprel ayının əvvəllərində Azərbaycanın Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribat cəhdlərinin qarşısının alınmasında şəxsi igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
 
Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib.

Qəhrəman şəhidlərimizin pak ruhunu hörmətlə anır, Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol