• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi - Video

Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi - Video
09.11.2017 14:37
İstanbul məhkəməsi kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd hazırlığına görə saxlanılan mərhum avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Caniyev və onun dəstəsinin üzvləri barəsində qərar verib.

Publika.az xəbər verir ki, N.Canıyev və digərləri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 3-də İstanbul polisi Lotu Quliyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 13 nəfərlik qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Qrup Rövşən Lənkəranskinin qətlində ittiham olunan Səlifovun evinə hücum hazırlayırdılar.

Daha əvvəl Türkiyənin "Hürriyət” nəşri polisdəki mənbələrinə istinadən yazıb ki, Namiq Caniyev özünün üç silahdaşı ilə birlikdə Türkiyəyə gəlib. O, İstanbulda "Şirinlər” türk kriminal qruplaşmasının lideri, "Maks” ləqəbli Şirin Məhməd Səbri ilə görüşərək onun Lotu Qulinin aradan qaldırılması planını müzakirə edib.
İddiaya görə, Namiq Caniyev qətl üçün türk avtoritetə 5 milyon dollar mükafat təklif edib. Məhz bu sazişin detallarının müzakirəsi üçün kriminal avtoritetlər "Ömür AVM”-də görüşüblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol