• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdaşda toy karvanını avtoşouya çevirdilər - VİDEO

Ağdaşda toy karvanını avtoşouya çevirdilər - VİDEO
04.12.2017 00:29
Dəfələrlə xəbərdarlıq edilsə də hələ də toy karvanında qaydaları kobud pozan sürücülər var. Hətta, bu qayda pozuntusu fonunda avtomobillərin nömrə nişanlarını da xüsusi dəyişikliklər etməklə gizlətməyə də çalışırlar. Bu cür sürücülər yollarda qəza şəraiti yaradır, ya da özləri qəzaya düşürlər. Nəticədə də ailənin şad günü dönüb olur, kədərli gün. Daha belə bir fakt ağdaş rayonunda olub.

Xəzərxəbər xəbər verir ki, qoşa xəttin tələbini pozan kim, təhlükəli manevrlər edib digər hərəkət iştrakçılarına təhlükə yaradan kim.


Görüntülər Ağdaş rayonunun mərkəzində toy karvanında lentə alınıb. Ən çox ''vaz-2107'' markalı avtomobillərin yer aldığı ''kortej''də sürücülər yol hərəkəti qaydalarına məhəl qoymurlar. Təhlükəli manevrlər etməklə 'avtoş''luqlafrını nümayiş etdirilər. Qoşa xəttin tələbini pozaraq əsas prospektdə qarşıdan gələn nəqliyyata mane olan sürücülər, qadağan edilmiş yüksək avazlı səs siqnalından da istifadə edirlər.


Həmin sürücülər təxminən 7-8 kilometr məsafədə bəy-gəlin maşnını bu şəkildə müşayət edirlər. Yolun hərəkət zolaqlarını tutur, üstəlik yolayrıclarını necə gəldi, keçirlər. Görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunu kobud qayda pozuntusu olduğunu deyir.


Söhbət statistikadan düşmüşkən, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu ilin 10 ayı ərazində tək paytaxda toy karvanlarındakı avtomobillərin iştirakı ilə 19 yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələrdə 3 nəfər ölüb,11 nəfər xəsarət alıb.


Bəzən də ehtiyac olmadan avtomobillərin həddən artıq asta sürülməsi yollarda süni tıxacların yaranmasına da səbəb olur. Toy mərasimləri xüsusilə axşam saatlarına, yəni günün pik vaxtına təsadüf edir. Buna görədə ekspert hesab edir ki, toy karvanında avtomobillərin sayının azaldılmasına zərurət var. Burda başqa bir məsələ isə avtomobilin dövlət nömrə nişanını üstünün bağlanmasıdır. Ərşad Hüseynov bunun inzibati xəta olduğunu deyir.


Ağdaşda lentə alınan kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, həmin sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyytə cəlb ediləcəklər.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol