• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Məmmədovun külli miqdarda borcu var

Anar Məmmədovun külli miqdarda borcu var
18.12.2017 16:32
Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir.

AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb.

Anews.az unikal.org-a istinadən xəbər verir ki, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var.

Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Verilən məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur.

Sayt məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyevayla əlaqə saxlayıb. O, açıqlamasında federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol