• $
  • €
  • ₽
  • ₺
  • £

Dağda itkin düşən alpinistlərlə bağlı AÇIQLAMA

Dağda itkin düşən alpinistlərlə bağlı AÇIQLAMA
22.01.2018 14:48
İtkin düşən alpinistlərin getdiyi güman edilən və axtarış aparılan ərazilərdəki qarın əriməsi mayın sonlarından - iyun ayından başlayır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənov əlavə edib ki, axtarışların aparıldığı ərazilər Böyük Qafqaz dağlarında ən yüksək hissələrdir: "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağ dəniz səviyyəsindən 4000 metr-dən çox yüksəklikdə yerləşir. Bu əraziyə qarın yağması təxminən sentyabr ayının II, III ongünlüklərindən başlayır və mart ayına qədər davam edir”.

M.Həsənov qeyd edib ki, sentyabradək həmin ərazilərdə qar müəyyən qədər ərisə də, hamısı əriyib qurtarmır: "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağa sentyabrdan qar yağmağa başlayır. Ona görə də burada çoxillik buzlaqlar olur. Yəni, oradan qar və buzlaq əksik olmur”.

Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağdakı qarın hündürlüyünə gəldikdə isə, M.Həsənov deyib ki, burada ümumilikdə qarın hündürlüyü yamacın istiqamətindən və meyilliliyindən asılı olaraq, 40-50 sm ilə 80-120 sm arasında dəyişir: "Qarın hündürlüyü külək tutan yamaclarda bir cür, külək tutmayan yamaclarda başqa cür olur. Ayrı-ayrı hissələrdə qarın hündürlüyü 1 metrədən də çox ola bilir”.

M.Həsənov qeyd edib ki, "Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda qarın qalınlığı 1 metrədən çox olan ərazilər əsasən, dərələrdir: "Bir metrlik qarlar yalnız qar uçqunu zamanı dərənin icinə gələrək orada toplanan qarlar olur. Yəni, əraziyə bu qədər qarın yağmasından söhbət getmir”.

M.Həsənov əlavə edib ki, Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir: "Həmin qar ucqunları hadisələri də çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha hündür olur. Ona görə bu ərazilərdə qarın əriməsi prosesi mayın sonu - iyundan başlayacaq. Bu dövrədək isə alpinistlərin getdiyi ərazidə - Tufandağda qar olacaq. Onların getməsi təxmin edilən ərazilər Şah yaylağı, Murad yaylağı adlanan ərazilərdir. Həmin ərazilərin hər hissəsində qar uçqunu baş verə bilir. Burada hər bir yamacdan qar uçqununun baş verəcəyini gözləmək mümkündür”.

M.Həsənov bildirib ki, axtarış aparılan ərazilərdə ən isti vaxtlarda havanın orta sutkalıq temperaturu 2-3 dərəcə isti olur: "Hazırda isə orada havanın orta sutkalıq temperaturu mənfi 8-12 dərəcədir".

Hazırda alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır. Hələlik axtarışlar nəticəsiz qalıb.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol