• $
  • €
  • ₽
  • ₺
  • £

Sürüşmə zonasındakı son vəziyyət açıqlandı

Sürüşmə zonasındakı son vəziyyət açıqlandı
26.01.2018 11:05
"Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacındakı torpaq sürüşməsi zonası barədə son vəziyyət açıqlanıb.

Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Oxu.Az-a bildirib ki, hazırda həmin ərazilərdə FHN, AMEA, ETSN əməkdaşları araşdırma aparır.

Onun sözlərinə görə, FHN və ETSN-nin nümayəndələri çatlara gil tökür, sürüşmənin təhlükə həddini yoxlayırlar. 

"Ərazidə icra hakimiyyətinin nümayəndələri camaatla görüşlər aparır. Nə qədər ailə yaşadığı, hansı sənədlərinin olduğu araşdırılır”. 

İsrafil Kərimov bildirib ki, sürüşmə təhlükəsi ilə bağlı siyahı hazırlanıb. Qeydiyyat aparan zaman neqativ halların olduğu ortaya çıxıb:

"Bəzi ailələr var ki, tərkibi üç nəfərdən ibarətdir, lakin gəlib bizə səkkiz nəfər yazdırır”. 

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda Nazirlər Kabineti köçürülən əhaliyə kirayə haqqı üçün ayrılan vəsaiti müəyyən edir.

O qeyd edib ki, təhlükəli zonadan köçürüləcək, 163 nömrəli məktəbə yerləşdirilən şəxslərin sayı artıb:

"163 nömrəli məktəbdə birinci gün 42, ikinci gün 68, dünən isə 74 nəfər qalıb”.

Xatırladaq ki, "Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb. Sürüşmə zonasından çıxarılan 80 ailə – 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.  

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol