• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük kapitanı işdən azad edildi

Gömrük kapitanı işdən azad edildi
03.02.2018 12:17
Dövlət Gömrük Komitəsi İrandan ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.

"Qafqazinfo” xəbər verir ki, Komitənin açıqlamasına görə, 2016-cı ilin dekabr ayından etibarən İrandan ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir.

Məlumatda istinad edilən gömrük əməkdaşının dedikləri isə, ümumiyyətlə həqiqətə uyğun deyil. Üstəlik xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövlət Gömrük Komitəsinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan edilib, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə nəzərdə tutulan prinsip və qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə 9 yanvar 2018-ci il tarixli əmrlə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar Gömrük İdarəsinin yol vergiləri bölməsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən Vəliyev "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”nin 4.4-cü və 4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə əsaslanan fikirlər səsləndirib. Onun bu hərəkəti ictimaiyyətə doğru olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozub.

Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini dəfələrlə təkrarən pozduğuna görə Dövlət Gömrük Komitəsinin 2 fevral 2018-ci il tarixli əmri ilə Biləsuvar Gömrük İdarəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən Vəliyev "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilib və həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol