• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə nələr baş verir: valideynlər danışdı - VIDEO

Məktəbdə nələr baş verir: valideynlər danışdı - VIDEO
13.02.2018 15:52
Son günlər qalmaqallarla gündəmdə olan məktəblərdən biri də 220 saylı məktəb-liseydir. Məktəbin direktor müavini Zeynəb Rzayeva ilə yeni direktor əvəzi Tural Mirzəyev arasındakı qalmaqala artıq ailələr də qarışıb.

Publika.az xəbər verir ki, bir neçə gün əvvəl aktyor Rza Rzayev bacısı Zeynəb Rzayevanın vəzifəsinin aşağı salınmasına, məktəbin direktor əvəzi Tural Mirzəyevin məktəbdəki müəllimlərə davranışına etiraz edərək məktəbə gedib. Bu zaman onunla T.Mirzəyev arasında direktor otağında mübahisə yaşanıb. Mübahisənin videogörüntüləri yayılıb və həmin görüntülər artıq bir neçə gündür ki, medianın, habelə ictimaiyyətin müzakirə mövzusuna çevrilib. R.Rzayev bacısının direktor T.Mirzəyevin tapşırığı ilə məktəbdə pul topladığını iddia edir. O, direktor əvəzi T.Mirzəyevi açıq şəkildə təhqir edir. Yayılan bu görüntülərə və qalmaqala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəbin açıqlaması da gecikmədi. Yayılan məlumatda tərəflər arasında məsələnin əsas səbəbi belə izah edildi:

"220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib.

Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd edən siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Bu məsələnin də araşdırılması ilə bağlı müvafiq qaydada müraciət olunub”.

Hər iki tərəfin mediaya yetərincə açıqlama verdiyini nəzərə alaraq üçüncü tərəfin – valideyn və şagirdlərin dilindən real vəziyyəti öyrənməyə çalışdıq. Bunun üçün isə təhsil ocağının qarşısında, amma məktəb hasarlarından içəri keçmədən onların fikrini öyrəndik. Düzdür, bəzi qadın valideynlər həyat yoldaşlarının razılığını almadıqlarından kameraya danışmaqdan imtina etdi, lakin bir cümlə ilə Tural Rzayevdən razı olduqlarını dedilər. Bəziləri isə ümumiyyətlə, danışmaq istəmədi. Lakin istər kamera qarşısında, istərsə də kamera olmadan danışanlar hamısı T.Rzayevdən narazılıqlarının olmadığını dedilər.

Məktəbin 10-cu sinif şagirdi Fidan Qəhrəmanlı da çəkiliş olmasa da, sadəcə səsinin yazılması şərti ilə danışdı. Tural Mirzəyevin məktəbə direktor əvəzi təyin ediləndən sonra müsbət dəyişikliyin hiss olunduğunu dedi:

"Artıq məktəbdə ciddi nizam-intizam var. Yaşanan bu hadisələrdə Tural müəllimdə heç bir günah görmürəm. Bu da məni və digər şagirdləri narahat edir. Tural müəllim məktəbə gələndən heç bir neqativ hal yaşanmayıb, hətta əksinə əvvəl olan problemlər aradan qaldırılıb. Təktərəfli də deyiləm, heç kimin də tərəfini tutmuram. Ancaq bu söz-söhbətlərdən məktəbin adı ciddi şəkildə korlandı”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol