• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-nun tələbəsi dəhşətli qəzada öldü

BDU-nun tələbəsi dəhşətli qəzada öldü
19.02.2018 09:39
Xəbər verdiyimiz kimi, ötən gün Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Anews.az Yenicag.az-a istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada dünyasın dəyişən 2000-ci il təvəllüdlü Qardaşov Arif Vaqif oğlu Bakı Dövlət Universitetinin tələbəsi olub.

Bu barədə sözügedən təhsil ocağının Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev məlumat yayıb. Əliyev onun birinci kurs tələbəsi olduğunu bildirib.

Qeyd edək ki, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakini Qardaşov Asif Vaqif oğlu ilə yanaşı, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb.

Digər iki sərnişin – Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol