• $
  • €
  • ₽
  • ₺
  • £

“Məni şantaj edirlər” - Əli Həsənovdan nəvəsi barədə reaksiya

“Məni şantaj edirlər” - Əli Həsənovdan nəvəsi barədə reaksiya
01.03.2018 16:03
"Bu yazılara qəti etirazımı bildirirəm. Çünki həqiqətə uyğun deyil”.
 
Anews.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuatda nəvəsinin yaşıllıq ərazisini məhv etməsi ilə bağlı xəbərlərə reaksiya verərkən deyib.

Onun sözlərinə görə, mətbuatda qeyd edilən ünvana yaxın ərazidə 2 il bundan əvvəl 11.10.2016-cı il tarixdə  torpaq sahəsi ayrılıb.

"Ayrılan yer asfalt örtükdür və həmin yerdə bir dənə də ağac yoxdur və orada heç bir tikinti işi aparılmayıb. Eyni zamanda, saytlarda yerləşdirilən videoda  göstərdikləri yerin həmin ayrılan torpağa aidiyyəti yoxdur.

Bu da növbəti təxribatdır. Bu barədə mətbuata danışan şəxslər isə həmin asfalt örtüyündən taksi dayanacağı kimi istifadə edən şəxslərdir. Heç bir Sumqayıt sakini mənim ünvanıma olmayan işə görə söz deməz.

Mən buna tam əminəm. Çünki 30 il o şəhərin tikintisi və yaşıllıqların salınması ilə məşğul olmuşam. O şəhər mənim üçün çox doğmadır və mən 50 ildir orada yaşayıram.

9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”-deyə Ə. Həsənov bildirib.  

Ə.Həsənov qeyd edib ki, 50 ildir dövlətə xidmət edir.

"Onun 20 ilini qaçqın və məcburi köçkünlərlə işləyirəm. Həmişə dövlətçilik mövqeyində olmuşam. Nə qədər etimad göstəriləcəksə,  o qədər də xidmətimi davam etdirəcəm.

Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar.

Məsəl var: "Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”,  "Nə atarsan aşına, o da çıxar qarşına” ,  "Sirkə nə qədər tünd olsa öz qabını çatladar” .

Çox təəssüf  edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm. Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır.

Məqalənin sonunda qeyd edirblər ki, adı çəkilənin mövqeyini dərc etməyə hazırdırlar. Xahiş edirəm vədinizə əməl edib mənim müraciətimi dərc edin”-deyə Ə.Həsənov haqqında ittihamlar dərc edən KİV-lərə səslənib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol