• $
  • €
  • ₽
  • ₺
  • £

ANS istəsə belə, bunu edə bilməz - Direktor

ANS istəsə belə, bunu edə bilməz - Direktor
06.03.2018 14:24
ANS Zoologiya İnstitutunun bəzi ərazilərini boşaldıb.

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov bildirib.

ANS-in boşaltmadığı otaqların da qaldığını vurğulayan direktorun sözlərinə görə, həmin otaqlarda şirkətin əmlakı, avadanlıqları var: "Bu təxminən 1000 kv.metrə yaxın ərazini əhatə edir. Ayrıca bir sahə isə aidiyyəti dövlət orqanları tərəfindən möhürlənib. Bu, artıq ANS-in iradəsindən asılı deyil, ANS istəsə də, həmin avadanlıqları oradan çıxara bilməz. ANS-in məskunlaşdığı bina Azərbaycan Milli Elmlər Akademiyasına, Zoologiya İnstitutuna məxsusdur. Amma ANS Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamışdı, bizim binada icarə müqaviləsi əsasında fəaliyyət göstərirdi. Sonradan isə Dövlət Komitəsi həmin müqaviləni ləğv etdi və əmlak Zoologiya İnstitutuna qaytarıldı. Bina qaytarılmalı idi, lakin bu çox çətinliklə baş verdi. Hazırda 80 faiz ərazi Zoologiya İnstitutuna aiddir. Biz özümüz də çətin vəziyyətlə üzləşmişik. Fiziologiya İnstitutunun binası qəzalı vəziyyətə düşdüyü üçün onlar da bizim binaya köçürlər. Ona görə də bizim yaşayış sahələrinə çox böyük ehtiyacımız var”.

E. Yusifov ANS-in vaxtilə Zoologiya İnstitutuna məxsus binada qeyri-qanuni olaraq yerləşdiyini də qeyd edib: "Bunlar hamısı faktdır. Akademiyanın prezidenti, hörmətli akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bu barədə çıxış etdi. Biz o əraziləri çox çətinliklə geri alırıq. Sanki ANS-in əmlakının ödənişsiz gözətçisinə çevrilmişik”.

Qeyd edək ki, "ANS Müstəqil Yayım və Media Şirkəti" müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın lisenziyasını ləğv edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol