• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçın “Qoca” ilə qaçan məhbusla üzləşdirilib?

Fədayə Laçın “Qoca” ilə qaçan məhbusla üzləşdirilib?
09.03.2018 11:41
"Həbsdə olan müğənni Fədayə Laçının işi ilə bağlı gələn həftə Baş Prokurorluğa və digər instansiyalara müraciət edəcəyik. Biz istintaqın tezliklə yekunlaşdırılmasını istəyirik”.

Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib.
"Neçə müddətdir ki, istintaq davam edir. Hələ də hansısa bir yenilik yoxdur. Hər şey araşdırılıb. Hesab edirəm ki, istintaq yekunlaşdırılmalıdır”.

Ötən həftə F.Laçınla görüşdüyünü deyən vəkil onun səhhətinin yaxşı olduğunu söyləyib: "Ötən həftə Fədayə xanımla görüşdüm. Səhhəti pis deyil, sadəcə istintaqın uzadılmasından narazıdır”.

T.Süleymanlı F.Laçının "Qoca” ləqəbli Etibar Məmmədovla birgə qatardan qaçan məhbus Əli Ağami ilə üzləşdirilməsi məsələsinə aydınlıq gətirib. Bildirib ki, F.Laçın heç kimlə üzləşdirilməyib, ümumiyyətlə belə proses aparılmayıb.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol