• $
  • €
  • ₽
  • ₺
  • £

“Xəzər” TV-nin əməkdaşı həbs edildi

“Xəzər” TV-nin əməkdaşı həbs edildi
13.03.2018 11:47
"Xəzər” televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub.

Anews.az xəbər verir ki, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini, Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. M.Qafarovanın yaxın qohumu "Report”a bildirib ki, M.Qafarova bi həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb”.(report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol