• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu ailələrin duası övladlarıma çatsa...” - Səbinə Mirzəyeva zərif qəhrəman kimi - VİDEO

“Bu ailələrin duası övladlarıma çatsa...” - Səbinə Mirzəyeva zərif qəhrəman kimi - VİDEO
03.04.2018 19:38
Xəbər verdiyimiz kimi, "Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün günorta saatlarında vəfat edib. Həkimin ölümünə səbəb kimi qəflətən təzyiqinin qalxması göstərilir.

"Qafqazinfo” xatırladır ki, Kütləvi İnformasiya Vasitələri (KİV) ilə yaxşı münasibətləri olan ginekoloq ATV-nin zərif qəhrəmanlarından da biri olmuşdu. Belə ki, o, bir neçə ay əvvəl kanalda yayımlanan eyniadlı verilişə qonaq kimi dəvət edilib. Həyatı, ailəsi və karyerasından bəhs edən S. Mirzəyeva qalib gəldiyi çətinliklərdən və gələcək planlarından danışıb:

"Zəhərlənib, komaya düşdüyüm üçün qəbul imtahanına gedə bilməmişdim. Həmin an mənim üçün ilk həyat sınağı olmuşdu. Komadan ayılanda pərişan vəziyyətdə idim. Ancaq bir ilimi itirsəm də, sonradan Tibb Universitetinə qəbul olundum, oxudum, bitirdim. 

Mən deyərdim ki, həkimliyə gedən yolum atamdan başlayıb. Özü də respublikada tanınmış bir həkimdir və mənə bu yolda mayak olub. 24 saat cərrahiyyə otağından çıxmadığım vaxtlar olub. Ancaq ən əsası odur ki, mən hər zaman işimdən zövq almışam. 

Qarşıma məqsəd qoydum ki, zamanla mən öndə olacam, çalışacam və bacaracam. İşə düzəldikdən bir ay sonra ailə həyatı qurdum. Hərdən düşünürəm ki, qismətimə başqa bir insan çıxsa, məni işləməyə qoymasa, bugünkü uğurumu qazana bilməzdim. 

Doğuşunu qəbul etdiyim ilk şəxs yaxın rəfiqəm olub. Yəqin mənə çox güvənirdi. O vaxtlar təcrübəsiz olduğum üçün qayınanası ilə də söz-söhbətləri yaranmışdı. 

Mən hər yeni doğulmuş körpəylə saflaşıram. Çox duyğusal hallar yaşayıram hər dəfə. Bəzən 48-72 saat klinikada, bir xəstənin başında oluruq. Bizim bayramımız yox, gəzməyimiz yox, toyumuz yox... Heç unutmuram, kiçik oğlumun əlifba bayramı idi, gedə bilməmişdim. Axşam o uşağın üzünə baxa bilmədim, rəfiqələrim də danladı. Ancaq gün gələcək, onar məni anlayacaq”.

Verilişdə xəstələrinin sevgisinin onun üçün çox vacib olduğunu tez-tez qeyd edən mərhum ginekoloq gücü məhz onlardan aldığını bildirib:
""Göydə Allah, yerdə sən!” - bu sözü hər dəfə eşidirəm. Və bununla fəxr edirəm. Düşünürəm ki, məni sevən ailələrin duasının 10 faizi mənim övladlarıma çatsa, mən dünyanın ən bəxtəvər anası olaram”.

Sözügedən verilişi təqdim edirik:
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol