• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şagird məktəbdə öldürülüb? – Şok iddia – Foto

Azərbaycanda şagird məktəbdə öldürülüb? – Şok iddia – Foto
10.04.2018 11:17
Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.

Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi Kriminal.az-a açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, sinif yoldaşı tərəfindən döyülərək öldürüldüyünü deyib:

"Elgünün ölümündən bir neçə gün əvvəl sinif yoldaşı Nurlanla mübahisəsi olub. Həmin vaxt Nurlan Elgünə deyib ki, səni öldürəcəm. Hadisə dərs zamanı sinif otağında baş verib. Müəllim uşaqları nəzarətsiz buraxaraq harasa gedibmiş. Müəllim olmayan zaman onlar arasında yenidən mübahisə düşüb. Kök və cüssəli olan Nurlan Elgünü döyməyə başlayıb, yerə yıxaraq təpikləyib. Uşağı döyərək qançır edib. Yerdə huşsuz vəziyyətə qalan Elgünə kömək etmək üçün sinif yoldaşları başqa müəllimləri çağırıblar. Xeyli keçəndən sonra müəllimlər gəlib. Müəllimlər gələndə Elgün keçinibmiş. Bir saat sonra həkim çağırıblar. Həkim iynə vurmaq istəsə də, bədəninə yeriməyib. Qışqırışma düşəndən sonra Elgünü döyən uşağın elə həmin məktəbdə işləyən bibisi gəlib. O, ''Elgünü niyə öldürdün'' deyə soruşanda, Nurlan ''yaxşı edib öldürdüm'' cavabını verib. Sonra Elgünün bacısına zəng ediblər ki, qardaşın yıxılıb. Bizə isə iki saat keçəndən sonra zəng etdilər ki, gəlin uşağınızı aparın''.

Vəfat edən şagirdin bibisi deyib ki, E.Məhərrəmovun meyitinin üzərində döyülmə izləri olub, amma ekspert başqa rəy verib:

''Ekspert müayinə edib, amma susur. Rəy verib ki, uşaq xəstə imiş, sudurqa keçirərək ölüb. Axı uşaq sağlam idi, meyitin də qzərində zorakılıq izləri olub. Bu işi batırdılar. İstəyirik hadisə ictimailəşdirilsin, haqq öz yerini tapsın. Balamızı öldürüblər. Qardaşım Sankt-Peterburqda yaşayır. Novruz bayramına gəlmişdi. Balasının vayı qismət oldu qardaşıma. Axı bizim uşaq dava edən deyildi. Niyə onun ölümünə bais oldular. Savadlı idi, dərslərini əla oxuyardı, şərəf lövhəsində şəkili vurulub. Yanıb tökülürük…''.

Çənlibel kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Lent.az-a açıqlamasında deyib ki, ölüm faktı rayon proklurorluğu tərəfindən araşdırılır: "Prokurorluqda bu hadisə ilə bağlı iş aparılır. Bu hadisədə kimin günahı varsa, o da cəzasını alacaq. Hazırda istintaq aparılır və bütün iddialar araşdırılır. Nəticədən asılı olaraq tədbir görüləcək”.

Məktəb direktoru əlavə edib ki, vəfat edən şagird nümunəvi məktəblilərdən olub:

"Onun babası Şahbaz kişi kəndimizin ağsaqqalıdır. Çox təəssüf ki, belə bir hadisə baş verib. Heç kim istəməzdi belə olsun, onların ailələrinə başsağlığı verirəm, səbr diləyiəm”.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol