• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal avtoritetin qardaşı: “Yoldaşım qonşumla mənə xəyanət etdi” - VİDEO

Kriminal avtoritetin qardaşı: “Yoldaşım qonşumla mənə xəyanət etdi” - VİDEO
11.04.2018 15:52
ARB TV-nin "Rezonans" verilişində bu dəfə Rəvan Bağırovun həbsxana həyatından bəhs olunub.
 
Rəvan Bağırov (cəzası 11 il 6 ay): "1999-cu ildə hərbi xidmətdə yaralandım. Dizimdə problem var. O gündən bu yana əsa ilə gəzirəm. Həyatda namusdan şərəfli heç nə ola bilməz. Qonşuda Kamal adlı biri qalırdı. Bir gün mənə çatdırdılar ki, sizin qapıya gedib-gəlir. Əhəmiyyət vermədim. Sonralar gördüm ki, düz söhbətdir və onu çağırıb başa saldım. Mənə dedi ki, sizin qohumdan qız istəyirəm, ona görə gəlirəm. Fikrləşdim ki, normal haldır. Bir gün təsadüfən yoldaşımın telefonunu götürəndə gördüm ki, onunla baş-başa şəkilləri var. Dedi ki, bilməmişəm səhvən montaj eləmişəm. Yoldaşımı atasıgilə qoydum. Sonra həmin Kamalı tapdım, mənim üzərimə bıçaq çəkdi. Yanımda adamlar olduğu üçün heç nə demədim. Sonra zəng elədim, görüşdük və apardım həmin qohum qızgilin yanına.

Dedi ki, biz bir-birimizi sevirik. Qardaşım kriminal aləmdə tanındığı üçün üzərimdə silah gəzdirirdim. O, yenə elədiyindən vaz keçmədi. Yenə bununla görüşüb başa salmağa çalışdım. İdmançı olduğu üçün məni təhqir elədi, ağzına gələni dedi. Ov tüfəngi ilə atəş açıb bir gülləyə öldürdüm. Daha sonra təcili yardıma xəbər verib, polisə təslim oldum. Heç vaxt şərəfimi ləkələməzdim. Hər ikisi səhv elədi. Peşmanam, kaş bu cür olmayaydı. Yoldaşımla bir neçə dəfə telefonla danışmışam. Səbəbin soruşanda deməyib. Uşaqlarım yaşlı atam və xalamla qalır. Qardaşım və anam vəfat edib. Xalam həm də qayınanamdır. Tək çətinlikləri maddiyatdır. O da sosial yardımla inanıram ki, düzələcək".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol