• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bu xəstəxanada insanları itlər müalicə edir - FOTOLAR

Bakıda bu xəstəxanada insanları itlər müalicə edir - FOTOLAR
07.05.2018 16:52
İtlər sədaqətli ev heyvanı olmaqla yanaşı, həm də bəzi xəstələr üçün şəfa mənbəyidir. Nə qədər qəribə səslənsə də, ölkəmizdə bir çox xəstələri iynə-dərmanla yox, itlərlə müalicə edirlər.

İtlərlə müalicə - kanisterapiya dünyada geniş yayılıb. Azərbaycanda bu cür müalicə üsulundan 1 saylı Respublika Psixioterapiya xəstəxasında geniş istifadə olunur. 

Xəstəxananın həkim-psixiatrı Ayşən İskəndərova AzVision.az-a bildirib ki, dərmanla müalicəsi mümkün olmayan xəstələr kanisterapiya ilə sağaldılır.

"Pasientlərimizdə bir sıra psixiotik siptomlar olur ki, hətta dərmanlar vasitəsi ilə bunu müalicə etmək olmur. Amma bu üsul həmin xəstəliklərin müalicəsində müsbət nəticələr əldə etməyimizə imkan yaradır. İtlər insanların müalicə olunması və sosial reabilitasiyasına kömək edir”. 

A.İskəndərova deyib ki, itlərlə müalicə üsulu şizofreniya, alkoqolizm, deprersiya və travmadan əziyyət çəkən xəstələrə tətbiq edilir. 

Müşahidələrimiz zamanı 1 saylı Respublika Psixioterapiya xəstəxasında itlərlə müalicə alanların sayının az olmadığını gördük. 

Anar Haqverdiyev adlı pasiyent itlərlə müalicənin səhhətində müsbət dəyişikliklər yaratdığını bildirib: "Mən əvvəllər yuxusuz və narahat idim. İtlərlə müalicə alandan sonra isə özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Gündə 3 dəfə itlərlə gəzintiyə çıxıram. İtləri yedizdirirəm, gəzdirirəm, çimdirirəm və onlarla oynayıram. Burada mənə ən yaxın olan it isə Tobidir. O, mənim ən yaxın dostumdur. Məni ən yaxşı başa düşən elə bu itdir. Hətta buradan evə getmək istəmirəm”. 

Müalicənin faydalı tərəfindən danışan həkim-psixiatr Ayşən İskəndərovanın fikrincə, terapiya insanlarla yanaşı itlər üçün də xeyirlidir.

Qeyd edək ki, itlərlə müalicə üsulu ölkəmizdə yeni olsa da, İngiltərədə 1792-ci ildən tətbiq edilir. Son 50 ildə isə amerikalı uşaq psixoloqu Boris Levinson həmin müalicə üsulundan fəal istifadə etməyə başlayıb. Onun ilk xəstələri uşaqlar olub.
 







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol