• $
  • €
  • ₽
  • ₺
  • £

152 gündən sonra tapılan Fəridənin ürəkdağlayan şeiri

152 gündən sonra tapılan Fəridənin ürəkdağlayan şeiri
17.05.2018 11:11
Xəbər verdiyimiz kimi, "Gilavar” Hava və Ekstrim İdman Klubunun 5 aydır itkin düşən 3 üzvünün (Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə) meyiti tapılıb. 

Anews.az qafqazinfo-ya istinadən bu məqamda aylardır sosial şəbəkələrdə hamının paylaşdığı, müəllifi Fəridə Cəbrayılzadə olan "Bir qızım olsun..." şeirini təqdim edir:

Bir qızım olsun 
Sahib ola bilmədiklərimi ona verə bilim, 
Ola bilmədiklərimi deyim 

Bir qızım olsun 
Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim, 
Əclafların qarşısında üzülməməyi öyrədim. 
Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun, 
Söz versin, insanlara tez inanmasın, 
Tez ürəkdən bağlanıb, qucağını açmasın, 
Alət kimi bir gecəlik olmasın, 
Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın
Aciz olmasın, sükut etməsin
Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun 
Dul qalsa əgər, 
Təhqir olunmağına izn verməsin. 
Başqalarının əmlakı olmadığını bilsin, 
Möminlərin bir saatlıq siğəsi olmadığını bilsin. 

Bir qızım olsun, 
Ona deyim ki, səsinə cəsarət qatsın
Bilsin ki, onun saçlarından kimsəyə zərər olmaz, 
Əgər ana ola bilməsə kişilər ölməz !

Bir qızım olsun
Evli qadına rəhm edə bilsin,
Kişi icazəsi olmadan nəfəs ala bilsin,
İstəyirəm Quşları Qəfəssiz çəkə bilsin. 
Mələk olsun istəmirəm..səhvləri olsun, 
İstəyirəm qadın olsun..qadın ölsün. 

Budur qadınlıq!
Bir qızım olsun 
Bilsin ki, dünya onun üçün yaxşı yer olacaq,
Kimsə qadına şiddətə cəhd etməyəcək.
Kimsə onu incitməyəcək.

Qeyd edək ki, Fəridə 1991-ci ilin martın 15-də Masallı rayonunda anadan olub. 

Allah rəhmət eləsin!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol