• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb

Dövlət Reklam Agentliyi yeni avtomobillər alıb
23.05.2018 19:15
Dövlət Reklam Agentliyi işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atır.
 
Agentlikdən APA-ya verilən məlumata görə, artıq müfəttişlərin ərazilərdə monitorinqlər aparması üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillər alınıb.
 
Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün həmin avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.
 
"Agentliyin əsas vəzifələrindən biri də açıq məkanda estetik baxımdan yararsız reklamların yayımının qarşısını almaq, Azərbaycan dilinin dövlət dili olaraq qorunmasını və bu sahədə ekosistemin inkişafını təmin etməkdir, - deyə məlumatda bildirilir. 
 
Dövlət Reklam Agentliyi Prezident İlham Əliyevin 20 iyun 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni həyata keçirməkdir.
 
"Agentliyin strukturuna daxil 11 Ərazi Reklam İdarəsi yaradılıb. Hazırda bu sahədə mövcud qanunvericiliklə bağlı sahibkarlarla mütəmadi görüşlər keçirilir, maarifləndirici tədbirlər aparılır. Mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir. Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə "Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək. Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təhciz olunması istiqamətində görülən işlərə əsasən, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da tezliklə istifadəyə veriləcək", - deyə Agentlikdən bildirilib.
 
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol