• $
  • €
  • ₽
  • ₺
  • £

Aytən xalqdan üzr istədi: "Bu müqəddəs ayda məni bağışlayın"

Aytən xalqdan üzr istədi: "Bu müqəddəs ayda məni bağışlayın"
04.06.2018 18:14
"Maşın” realiti-şousunda aparıcılar Aytən Səfərova ilə Mətanət Əliyeva arasında yaşanan qalmaqal yenidən alovlanıb. 
AZXEBER.COM-un məlumatına görə, bir neçə gün əvvəl Aytən səsverməyə çıxıb və hər kəs Mətanəti uzaqlaşdıracağını gözləsə də, o, bunu etməyib. 
Bu gün A.Səfərovanın "Instagram” səhifəsində müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, Aytən həmkarını şoudan uzaqlaşdırmadığı üçün peşman olub:
"Əzizlərim, mən sizin hamınızın etimadını, inamını, mənə olan hörmətini bir dəqiqənin içində itirmişəm. Çox böyük bir səhv etdiyimi anlamışam. Amma çox gec! Məni qınayıb tənqid edirsiz. Düz də edirsiz, haqqınızdır! Boynum hər birinizin qarşısında tükdən incədir. Hamınızdan üzr istəyirəm. Allah öz qullarının səhvini bağışlayır. Bu mübarək ayda bağışlayın və səhvimi düzəltmək üçün son şans verin. Mənə qəzəbli olan insanların ürəyində rəhm hiss olduğuna inanıram, böyüklüyünüzü əsirgəməyin!”
Qeyd edək ki, A.Səfərova səsvermə zamanı yüksək səs toplasa da, Mətanəti uzaqlaşdırmayıb. Əvəzində isə aktyor-aparıcı Məcid Hüseynovu şoudan kənarlaşdırmışdı. Onun bu addımı sosial şəbəkələrdə tənqid edilmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol