• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? – FOTOLAR

Əsgərlər ölmədən öncə niyə bu qadını görürdülər? – FOTOLAR
15.06.2018 22:05
XX əsrin retro şəkillərinə baxsaq, orada yalnız bir gözəl qızın rəsmini görərik.
Bu, aktrisa və müğənni Lili Elsindir. Tez-tez sənətindəki fasilələr, uğursuz evlilik onun XX əsrin ən çox şəkil çəkdirən qızı olmasına mane yaratmadı.
Publika.az Lili Elsin haqqında yazını təqdim edir:
Aktrisa 1886-cı ildə dərzi ailəsində doğulub. İtedadını çox tez özündə aşkarlayan Lili artıq kiçik yaşlarından musiqili teatrda uşaq rollarını ifa etməyə başlayır. Gəlincik üzünə və utancaqlığına görə qızı "Balaca Elsi” adlandırırdılar. Bir müddət sonra səhnə əsl adı Elsi Holder olan bu qızı Lili Elsiyə (təxəllüsü) çevirir.
Cazibəsi və gözəlliyinin olmasına baxmayaraq, Elsi çox utancaq idi. Ona görə də Corc Edvars aktrisaya yeni obraz tapmaq üçün onu məşhur modelyer Lyüsi ilə tanış edir.
Aktrisa məşhurluğu 1907-ci ildə "Şən dul” operettasını oynayandan sonra qazanır. Baş döndərən məşhurluq aktrisanı o dövrün ən çox fotosu çəkilən xanımı edir. Onun şəkilləri olan açıqcalar Avropada sürətli şəkildə yayılmağa başlayır.
Bir dəfə Britaniya parlamentinin üzvü Baverli Bakster Birinci Dünya müharibəsi mövzusuna toxunan zaman belə söyləyir: "Cəbhədə hər bir əsgərdə Lili Elsinin şəkli olan açıqca var. Məhz onların ölümqabağı gördükləri son Lilidir”.
1911-ci ildə Lili Elsi tekstil maqnatı Con Yan Ballohaya ərə gedir. Çox keçmədən Lili xəstələnir və tamaşalarda oynamaqdan imtina edir. Lakin 1916-cı ildə səhnəyə qayıdır və yenidən böyük uğurlara imza atır. Ancaq aktrisa yenə teatrı ataraq, kəndə yollanır və orada 10 il yaşayır. Lili evlilik həyatında istədiyi xoşbəxtliyi tapa bilmir. Övladlarının olmaması onların onsuz da çətin vəziyyətini daha da ağırlaşdırır və 1930-cu ildə boşanırlar.
Ayrılıqdan sonra Lilinin sağlamlığı pisləşir və depressiyaya düşür. Aktrisanın sonrakı həyatı sanatoriyalarda və qocalar evində keçir. Aktrisa hətta əhatəsində onu tanımayan insanların olmasına belə sevinirdi. Lili Elsi 1962-ci ildə 76 yaşında tək-tənha vəfat edir.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol