• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO

"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - FOTO
24.06.2018 11:47
Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritet Tariel Oniani azadlığa buraxılacaq.
Anews.az  yenicag.az-a istinadən xəbər verir ki, vaxtilə bu bölgədə tanınmış "qanuni oğru"lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağı istisna olunmur.
Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından - Qvantsa Onianidən bəhs edəcəyik. "Taro" ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir
Maraq üçün onu da qeyd edək ki, atası vaxtilə İspaniyada həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsa da, aradan çıxmağı bacarıb. 2005-ci ildə baş verən həmin hadisələr zamanı 12 yaşı olan Qvantsa ispanlar tərəfindən saxlanılıb. Gürcüstan hökuməti gənc qızın azadlığa çıxması üçün çox çalışsa da, ispanlar "Taro" təslim olmayana qədər qızını buraxmayacağını bildiriblər. Lakin atası təslim olmaq fikrində olmadığından, 4 günlük həbsdən sonra İspaniya Qvantsanı azadlığa buraxmaq məcburiyyətində qalıb. Məhz həmin olaydan sonra Onioni ailəsi İspaniyanı tərk etmiş, Gürcüstan vətəndaşlığından da imtina edərək, Rusiyaya üz tutmuşdu.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol