• $
  • €
  • ₽
  • ₺
  • £

Meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub – Fotolar

Meyiti şkafdan tapılan azərbaycanlı biznesmen diaspor lideri olub – Fotolar
27.06.2018 22:11
Antalyada qaldığı evdə meyiti tapılan azərbaycanlı iş adamının Ukraynadakı azərbaycan diasporunun fəallarından olduğu bəlli olub.
Anews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Məcid Nuxiyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov üzrə nümayəndəsi olub. O, əslən Kürdəmir rayonundandır. Bir müddət əvvəl Nuxiyev qışda soyunaraq küçədə qarın üstündə uzanmışdı və fotoları sosial şəbəkələrdə yayılmışdı. Onun bədənində döymələr olub və bəzi sosial şəbəkə istifadəçiləri bunun Nuxiyevin kriminal keçmişinə işarə edə biləcəyini yazıblar.
Nuxiyevin ölümünün intihar, yoxsa qətl olduğunu Türkiyə polisi araşdırır.
* * *
Türkiyənin Antalya bölgəsinin Finike qəsəbəsində azərbaycanlı iş adamı Məcid Nuxiyevin (Medzhyd Nukhıyev) meyiti yaşadığı evin yataq otağındakı şkafdan asılmış halda tapılıb.
Fevral ayından bəri qəsəbənin Yeni məhəllə adlanan ərazisində tək yaşayan azərbaycanlı 64 yaşlı biznesmendən xəbər ala bilməyən ev sahibi ötən gün onun yaşadığı mənzilə gedib. O, qapını nə qədər döysə də, açan olmayıb və evdən gələn kəskin qoxudan şübhələnərək polisə müraciət edib.
Əraziyə gələn polis əməkdaşları qapını xüsusi alətlərlə açaraq evə daxil olublar. Məcid Nuxiyev evin yataq otağındakı paltar şkafında elektrik kabeli ilə boynundan asılmış vəziyyətdə tapılıb.
"Azadinform” agentliyinin yaydığı nekroloqda isə belə deyilir:
"Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə nümayəndəsi Məcid Nuxiyev dünyasını dəyişib. Azadinform xəbər verir ki, M.Nuxiyev Türkiyədə rəhmətə gedib. Mərhumun cənazəsi doğuldu Kürdəmir rayonuna gətiriləcək və orada dəfn olunacaq. M.Nuxiyev uzun illər idi ki, Lvov şəhərində yaşayırdı. O bu şəhərdə Azərbaycan diasporunun inkişafında xeyli əmək sərf etmişdi. M.Nuxiyev dünya azərbaycanlılarının Bakıda keçirilən sonuncu qurultayında iştirak etmişdir. Allah rehmet eləsin.”
İlkin təhqiqat zamanı məlum olub ki, biznesmen təxminən 5-6 gün əvvəl ölüb. Meyit Antalya Məhkəmə tibb ekspertizasına aparılıb, faktla bağlı araşdırma aparılır.
Mənbə M.Nuxiyevin Antalyada portağal biznesi ilə məşğul olduğunu yazır. İş adamı ilə bağlı əlavə məlumat öyrənmək mümkün olmayıb.





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol