• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngdən əziyyət çəkən xanımdan cəsur addım - FOTOLAR

Xərçəngdən əziyyət çəkən xanımdan cəsur addım - FOTOLAR
25.07.2018 18:37
Modelyer Şəlalə Maqsudova xərçəngdən əziyyət çəkən tanınmış vəkil Zülfiyyə Bayramova ilə birgə yeni layihə həyata keçirib.


Anews.az-ın lent.az-a istinadən məlumatına görə, modelyer bildirib ki, hazırda ciddi müalicə mərhələsində olan Zülfiyyə xanım bu layihədə cəsurcasına iştirak edib: 


"İnsanlıq bir parça olsa,  yorulmadan, dayanmadan çalışaraq ondan hər kəsə bir libas tikərdim. Çox sevirəm cəsarətli insanları. Hər zaman cəsarətli olmağa çalışdım. Qırılan qəlblərə məlhəm, axan göz yaşlarına "dur" demək istədim. Yardıma ehtiyacı olanların yanında, harınlamışların kəsdiyi çörəkdən uzaq olmaq istədim. Bir xətam olduğu zaman üzüm qızarmadan öncə üzr istəməyə çalışdım. Bu dəfə də cəsarət gördüm. Xəstəliyin məğlub edə bilmədiyi, gözəlliyin heç tərk edə bilmədiyi birini - Zülfiyyəni. Onun simasında xəstəliklərlə mübarizə aparan insanlar gözlərimdə toplandı bir anlıq. Zülfiyyənin məğrurluğu yaradıcılığımı elə silkələdi ki. "Tək deyilsən! Mən varam!" söyləmək istədim. Tək deyilsiniz! Mən varam və mənim kimi milyonlarla sizi hər halınızla qəbul edib sevənlər! Varlığınızla var olanlar! Kompleksləri unudun! Mübarizəyə bütün gücünüzlə tutunun. İtirilən nə varsa, həyat eşqi ona dəyər! Yazımı oxuyan hər kəsə burdan səslənirəm: Xəstəliklər o insanların sınağıdırsa, bizim də sınağımız bu insanlardır. Gəlin bu sınaqdan üzüağ çıxaq. Axı sabahımız bəlli deyil. Sevək insanları, dəstək olaq, insan olaq! Sətirlərə sığmayan sözlərini əl işləri ilə deyən sizin Şəlalə Maqsudova”. 


Layihədə modelyer stilist - vizajist Nura Babayeva, fotoqraf Araz Bağırov iştirak edib.  







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol