• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda toy karvanında "avtoşluq": yol polisi hərəkətə keçdi (VİDEO)

Bakıda toy karvanında "avtoşluq": yol polisi hərəkətə keçdi (VİDEO)
28.07.2018 22:56
Dəflərlə xəbərdarlıq edilməsinə baxmayaraq toy karvanlarında hələ də qaydaları kobud pozan sürücülər var.
Anews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, bununla bağlı qeydə alınmış yeni görüntüdə sürücü gah sağa, gah da sola doğru hərəkət edərək avtomobili iki təkər üstündə idarə etmək istəyir.
Görüntülər Bakıda, Nərimanov rayon Ziya Bünyadov prospektində bir toy karvanında çəkilib. Həmin şəxsin avtomobillə təhlükəli hərəkətlərini görən bir sürücü dərhal onu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Kadrlardan aydın görünür ki, sürücü toy karvanında bəy- gəlin avtomobilindən öndə gedərək, "məharətini" göstərir. Amma onun bu hərəkəti digər nəqliyyat vasitələri üçün olduqca təhlükə yaradır.
Görüntüləri izləyən sürücülər, toy karvanlarında bu cür təhlükəli hərəkətlər edən şəxslərə qarşı cəzaların sərətləşdirilməsini təklif edirlər.
Belə məsələlərdə toy sahibləri də diqqətli olmalıdır.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusilə paytaxt ərazisində toy karvanlarında 4-5 avtomobil iştrak etməlidir və maşınlarda da orta yaşlı sürücülər olsa daha yaxşı olar.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, əgər həqiqətən də sürücünün əməlində qayda pozuntusu varsa, o, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyyətə cəlb ediləcək.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol