• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtobus sürücüsü narkotik satarkən yaxalandı - VİDEO

Bakıda avtobus sürücüsü narkotik satarkən yaxalandı - VİDEO
03.08.2018 07:00
Avtobus sürücüsü narkotik maddə satarkən saxlanılıb.


Mehdiabad polis bölməsinin əməkdaşları ictimai nəqliyyatın sürücüsünü Digah qəsəbəsində "müştərisinə" narkotik maddə satan zaman saxlayıb.


Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon Mehdiabad polis bölməsinə məlumat daxil olub ki, bir nəfər Digah qəsəbəsi ərasisində narkotik maddə-heroin satıb. Dərhal bölmə əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis bu işdə şübhəli bilinən Digah qəsəbə sakini Etibar Əhədovu saxlayıb. Saxlanılan şəxs narkotik maddə satdığını etiraf edib.


Etibar Əhədov əməliyyatçılara bildirib ki, o, üstündə olan narkotik maddəni Şamil adlı şəxsə satıb. Polis elə saxlanılan Etibarın özünün iştirakı ilə evinə baxış keçirib. Ordan da 5 büküm heroin və pisixotrop dərmanlar aşkar edilib.


Polis bu işdə adı çəkilən Şamil Ələsgərovu da saxlayıb. O, narkotik maddəni Etibar Əhmadovdan almasını etiraf edib.


Əvvəllər üç dəfə azadlıqdan məhrum edilən Etibar Əhədovun sözlərinə görə, avtobusu idarə edərkən narkotik maddə qəbul etməyib. O, zəhərli maddəni ancaq istrahət günləri qəbul etdiyini deyir. Hər halda bu aparılan araşdırmadan sonra məlum olacaq.


Faktla bağlı isə hər iki şəxs barəsində cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, ictima nəqliyyat vastəsini idarə edən şəxslər mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər. Sərnişindaşıma ilə məşğul olan bu şəxsin tibbi müayinədən hansı səbəbdən keçmədiyi isə sual doğurur.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol