• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncə-Kəlbəcər-Laçın yolu yenidən qurulur - VİDEO

Gəncə-Kəlbəcər-Laçın yolu yenidən qurulur - VİDEO
07.08.2018 23:17
Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38.4 m-lik Gəncə-Göygöl hissəsinin yenidən qurulur.
 
Azərbaycan Avtomobil Yollları Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, proses 2 mərhələ üzrə həyata keçirilir. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulur. 2-ci mərhələ üzrə isə Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.
 
1-ci mərhələ üzrə yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir. Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Yeni Zod hissəsi uzun müddətli istismardan sonra yararsız vəziyyətə düşmüş, yolun eninə və uzununa profilində çökmələr, çatlar və yuyulmalar əmələ gəlib. Mövcud avtomobil yolu III və IV texniki dərəcəlidir. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır.
 
Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə 5.7 km uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Tikinti layihəsini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 2 ədəd transformator və 320 ədəd işıq dirəyi, 974 ədəd siqnal dirəyi, 170 ədəd yol nişanı və təhlükəli ərazilərdə 3.3 km uzunluğunda əyri-xətli dəmir tirlər quraşdırılacaq, 50 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsində yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Növbəti mərhələdə sözügedən yolun 21.9 km uzunluğa malik Yeni Zod-Göygöl hissəsinin yenidən qurulması işlərinə başlanılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol