• $
  • €
  • ₽
  • ₺
  • £

Nadir Qafarzadə Hacı Şahinin cümə xütbəsini paylaşdı, aləm bir-birinə dəydi - VİDEO

Nadir Qafarzadə Hacı Şahinin cümə xütbəsini paylaşdı, aləm bir-birinə dəydi - VİDEO
15.08.2018 22:24
"Bir namaz qılan, oruc tutan ailə dostumuz var idi, 10 il çörək kəsdik. Axırda da küllü miqdarda pulumu mənimsədi, getdi". 
BAKU.WS xəbər verir ki, müğənni Nadir Qafarzadə ilahiyyatçı Şahin Həsənlinin cümə xütbəsində söylədiyi fikirləri bu sözlərlə dəstəkləyib. 
Hacı Şahin ötən cümə xütbəsində yalançı dindarlardan söz açıb və hər spirtli içənin pis adam olmadığını dilə gətirib: 
"İnsanlara tez qiymət verməyin. Zahirində pisliklər gördüyünüz adamların batili təmiz ola bilər. Adam var ki, zahiri gözəldir, dindardır, dilindən zikr düşmür, amma xəbis adamdır. Adamlar bir dəryadır, şəffaf deyil ki, rahat tanıyasan. Namaz qılanlar hamısı yaxşıdır, içki içənlərin hamısı pis. Belə olsaydı, nə var idi ki... İmam başı kəsənlərin çoxu namaz qılanlardan çıxıb. Mən sizə tarixi deyirəm. Özüm namaz qılanam, dindaram, din xadimi olduğum üçün bunu rahat deyirəm. Bundan əvvəl demişdim ki, namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan yaxşıdır. Araq içmək günahdır, şeytan əməlidir. Bir amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil".  
N.Qafarzadə onun bu fikirlərini İnstaqram səhifəsində izləyicilərilə bölüşüb. Müğənninin bu paylaşımı böyük müzakirəyə səbəb olub. Müğənni namaz əhlini müdafiə edənlərə namaz əhli tərəfindən aldanıldığı faktını açıqlayıb. 

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol