• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tanınmış qadın vəfat etdi - FOTO

Azərbaycanda tanınmış qadın vəfat etdi - FOTO
19.09.2018 19:05
Tanınmış həkim-ginekoloq Əlizadə Lətafət Məmməd qızı dünyasını dəyişib. BiG.AZ-ın əldə etdiyi məlumata görə, o, ötən gün ürək çatışmamazlığından vəfat edib. Mərhumun 3 mərasimi sentyabrın 21-də Heydər Məscidində təşkil ediləcək. Qeyd edək ki, Əlizadə Lətafət Məmməd qızı Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib. Lətafət Məmməd qızı Əlizadə 1942-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1969-cı ildən Ana və Uşaqların Mühafizəsi ETU-nda kiçik elm işçi kimi çalışıb. Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında Əmək Veteranları Komitəsinin sədri, Yasamal rayonu Ağbircəklər Cəmiyyəti İdarə Heyətinin üzvü olub. 1992-ci ildən 1999-cı ilədək Təhsil Nazirliyinin nəzdində Tələbə və Müəllimlərin Xeyriyyə Fondunda sədr müavini işləyib. 2000-ci ildən Azərbaycan Respublikası Qadın Xeyriyyə Fondunda sədr müavini vəzifəsində ictimai fəaliyyətlə məşğul olub. Lətafət xanımın ictimai-fəaliyyəti müddətində milli mənəvi dəyərlərimizin qorunması, səhiyyənin inkişafı, sağlam mühitin yaradılması və inkişafı, vətəndaşların sosial problemlərinin həlli istiqamətində xalqımıza, dövlətimizə və cəmiyyətimizə əvəzsiz xidməti olub. Lətafət xanım Əlizadə Müharibə Veteranları Hərbçilər İctimai Birliyinin üzvü, ehtiyatda olan fəxri böyük leytenantdır. Qarabağ müharibəsi dövründə Tərtər, Qazax, Füzuli, Ağdam, Tovuz bölgələrində yerləşən hərbi hissələrdə günlərlə qalaraq döyüşçülərimizə qayğı və köməklik göstərib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol