• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hər şeyin pulsuz satıldığı mağaza - VİDEO

Azərbaycanda hər şeyin pulsuz  satıldığı mağaza - VİDEO
30.09.2018 16:45
İsmayıllı sakinləri ehtiyacı olan insanlara əl tutmaq üçün maraqlı bir yola əl atıblar.

Anews.az xəbər verir ki, bu rayonda elə bir mağaza var ki, burda satılan hər şey pulsuzdur.

Rayonun mərkəzində xeyriyyə məqsədi ilə fəaliyyət göstərən mağaza imkansız insanlara pulsuz pal-paltar, müxtəlif əşyaları təqdim edir. "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyaya bütün rayon sakinləri qoşulub. Həm müraciət edən imkansız insanlara paltar götürmək imkanı yaradılır, həm də xeyirxah insanların gətirdikləri paltarlar qəbul edilir.

Xamis Babayev – Sakin: "Kimlərinsə maddi imkanı aşağıdır, burden yararlı paltar alıb istifadə edirlər. Gözəl təşəbbüsdür.

Kəmalə Xəlilova – Sakin: "5 uşaq anasıyam, uşaqlar bir-birinin paltarını geyinirlər. Eşitdim burada belə bir mağaza var. Gəldim müraciət etdim”.

Nariyə Babayeva – Sakin: "Paltar götürmüşüy uşaqlara. Bu mağazanı açanlara, bu şəraiti quranlara təşəkkür eləyirik. Çox sağolsunlar”.

Vitrində ayaqqabı, uşaq geyimləri, yay və qış geyimləri üstünlük təşkil edir. Ölçülər də fərqlidir. İsmayıllı ilə yanaşı, qonşu Ağsu və Göyçay rayonlarından da mağazaya maraq böyükdür. "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa gətir” adlı kampaniyası çərçivəsində hətta əlil vətəndaşa əlil arabası, bir neçə imkansız ailələrə isə məişət avadanlıqları hədiyyə olunub.(ARB TV)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol